Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2016 » Декабрь » 07 » Mənim nəhəng kəşfim.
21:37
Mənim nəhəng kəşfim.
İyirmi-bir yaşım olarkən mən kiçik bir mənzildə yaşayır və tikintidə fəhlə işləyirdim. Səhər saat 5-də yuxudan qalxırdım ki, üç avtobus dəyişərək saat 8-də işə çatım. Evə axşam 7-dən tez gələ bilmirdim. Qazandığım pul məvacibdən-məvacibə güclə çatırdı, şəxsi maşın haqda söhbət belə gedə bilməzdi, paltarım yalnız ehtiyacım olan qədər idi, pul toplamaq isə demək olar mümkün olmurdu. Evdə nə radio, nə də televizorum var idi. Qışın oğlan çağı idi, havanın temperaturu mənfi 10 dərəcəyə yaxın idi və mən nadir hallarda axşam çölə çıxırdım. Ölümcül yorğun olmadığım hallarda kiçik mətbəxdə oturub kitab oxuyaraq mürgü vururdum. Və belə bir axşamların birində, yenə də mətbəxdə kitab oxuyarkən qəfil mənə aydın oldu ki, «Bu mənim həyatımdır!» Hansısa teatr tamaşasının məşqi deyil, Mənim Həyatımdır. Tamaşa artıq səhnədədir və mən də baş rolun ifaçısıyam. Bu fikir beynimdə qığılcım kimi alışdı. Mən ətrafıma, darısqal mənzilimə və özümə baxdım və ali təhsilə malik olmadığımı xatırladım. İxtisaslaşdığımyeganə sahə fiziki iş idi. Qazancım yalnız əsas tələbatımı ödəməyə yetirdi. Və anladım ki, mən özüm dəyişməyənə kimi heç nə dəyişməyəcək. Bunu kimsə başqası mənim yerimə etməyəcək. Daha dəqiq desək bu, məndən başqa heç kimi maraqlandırmırdı. Həmin andan öz həyatım və həyatımda baş verən hər şeyə görə məsuliyyətin yalnız öz üzərimə düşdüyünü anladım. MƏN cavabdehəm! İndi olduğum vəziyyətə görə çətin uşaqlıq keçirməyi və ya nə isə başqa bir şeyi günahlandıra bilməzdim. Cavabdeh mən özüməm. Sükan mənim əlimdədir. Bu mənim həyatımdır və mən nə isə dəyişmək üçün hərəkətə keçməsəm həyatım ətalət qüvvəsi hesabına yuvarlanıb gedəcək. Bunu dərk etməklə mənim həyatım dəyişdi. Bir daha əvvəlki adam olmadım. Həmin andan etibarən get-gedə həyatıma görə daha çox cavabdehlik götürməyə başladım. İşimi qovulmamaq xatirinə yalnız minimum səviyyədə deyil, bütün bacarığımı sərf edərək görmək cavabdehliyini götürdüm. Maliyyə vəziyyətim, sağlamığım və xüsusən də gələcəyimə görə cavabdehliyi qəbul etdim. Ertəsi gün nahar fasiləsində yaxınlıqdakı kitab dükanına getdim və mənə faydası dəyəcək kitabları almaq adətinə start verdim. Həyatımı şəxsi inkişaf və mümkün olan bütün sahələrdə daimi təhsilə həsr etdim. Biznes həyatımın yerdə qalan hissəsini, indinin özünə kimi nə isə öyrənmək lazım gəldikdə dərhal kitablara, audio materiallar, seminarlara və s. bu kimi vasitələrə müraciət edirəm. Mənə aydın oldu ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün lazım olan hər şeyi öyrənmək olar. Zamanla dərk etdim ki, insanların tam 80 faizi öz həyatlarına görə cavabdehliyi öz üzərlərinə götürmürlər. Onlar həyatlarında xoşları gəlməyən hər şeyə görə digərlərini günahlandırır, şikayət edir və bəhanələr gətirirlər. Bu yolla onlar, bütün potensiallarınıvə uğur şanslarını məhv edirlər. Mənbə: «Brayan Treysi — Daxili İntizamın Gücü» (Brian Tracy — The Power Of Self-Discipline) kitabı.
Категория: Maraqli Hekayeler | Просмотров: 260 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Декабрь 2016  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz