Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 9
Гостей: 9
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Март » 30 » Pis adamı uzaqdan tanımaq olur
21:07
Pis adamı uzaqdan tanımaq olur


 

Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər. Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz. Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar. Tədqiqat qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq ki, enlisifət kişilər ünsiyyətdə özlərini daha rahat hiss edirlər və hakimlik hissi onları istər-istəməz etik qaydalara az əməl etməyə, yalan və müxtəlif hiylələrə əl atmağa məcbur edir”. Amma doktor Xazelxan bu nöqteyi-nəzərlə tam razı deyil. Onun sözlərinə görə cazibəli, bacarıqlı və yumor hissi olan qadınlar belə fiziki əlamətlərə fikir vermirlər. Öz ehtimallarını yoxlamaq üçün tədqiqatçılar iki təcrübə aparmışlar. Biznes-kollecin 192 tələbəsinə rollu oyunda iştirak etməyi təklif etmişlər. İki yerə bölünərək onlar daşınmaz əmlakın satıcıları və alıcıları qismində çıxış etmişlər. Oyun zamanı iştirakçılar elektron poçt ilə razılaşma əldə olunana qədər danışıqlar aparmalı idilər. Bu yazışmanın tədqiqi göstərmişdir ki, enlisifət kişilər naziküzlülərə nisbətən öz məqsədlərinə çatmaq üçün aldatmağa daha çox meyillidirlər. Eyni vaxtda müəyyən olunmuşdur ki, bu hal qadınlara şamil deyildir. Başqa bir tədqiqatın gedişatında 103 tələbəyə lotereyada 50 dollar udmaq imkanı verilmişdir. Təcrübədən keçənləri xəbərdar etmişlər ki, onlar bu lotereyada bir neçə dəfə oynaya bilərlər. Oyunun miqdarını zaman göstərəcək. Onlara oyun zərləri atmaq və alınmış nəticəni kompyuterə yerləşdirmək təklif olunmuşdur. Təəcüblüdür ki, naziküzlülərə nisbətən enliüzlü kişilərin oyunda daha çox "bəxti” gətirmişdi. Bununla, psixoloqlar birmənalı nəticəyə gəlmişlər ki, üzü enli olan kişilər aldatmağa daha çox meyllidirlər. Yekun rəyə iştirakçıların eksperimentdən əvvəl doldurduqları anketlər də kömək etmişdir. Enliüzlü kişilərdə ümumi xüsusiyyət, yəni öz hökmünə və gücünə inam aşkar olunmuşdur. Alimlər qərara gəlmişlər ki, bu hakimlilik hissi bilavasitə onların etik baxışlarını və davranışını müəyyənləşdirir.
Категория: Psixologiya | Просмотров: 255 | Добавил: danger | Теги: pis adam | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Март 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz