Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Март » 30 » Qebzlik turke care
17:37
Qebzlik turke care


 

Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi, konsistensiyasının, rənginin dəyişməsi, iyinin kəskin olması artıq bağırsaq fəaliyyətində ciddi dəyişikliklərdən xəbər verir. Tənbəl mədə-bağırsaq sistemi elə uşaqlıqdan formalaşmağa başlayır. Belə ki, yemək süfrəsi arxasında uzun müddət əyləşən və yeməyə gec başlayan uşağın mədə-bağırsaq sistemi ləng işləməyə alışır. Normada hər qida qəbuluna 15 dəqiqədən çox vaxt ayrılmamalıdır. Adəti qəbizlik zamanı istifadə edilən bəzi xalq təbabəti üsulları.  1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır. Xüsusilə ahıl yaşlı insanlara məsləhətdir  Emallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir.  Sadə üsul. Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır. Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir. Qəbizliyin yarma kəpəyi ilə müalicəsi.  I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.  II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.  III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir. Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: Həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin. Fitoterapiya Mərkəzinin Baş həkimi Həkim-fitoterapevt Dr. Elnur Rəhimov 055-304-26-79
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 312 | Добавил: danger | Теги: qebzlik turke care | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Март 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz