Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 9
Гостей: 9
Пользователей: 0
Kitabxana
Главная » 2016 » Декабрь » 06 » Soyuqda üşüməmək üçün bu qaydalara əməl edin
23:27
Soyuqda üşüməmək üçün bu qaydalara əməl edin
Soyuq havalarda üşüməmək üçün riayət olunmalı ilkin qaydalardan biri nizamlı və düzgün qidalanmaqdır. Son günlərdə hər kəs gah günəşli, gah da yağışlı payız havası ilə ayaqlaşmağa çalışır. Bədən isə ilıq, iç isidən havaların artıq geridə qaldığını qəbul etmək üçün çabalayır. Yeni mövsüm dəyişikliklərinə alışa bilməyən bədən qrip başda olmaqla fərqli sağlamlıq problemləri ilə qarşılaşa bilir. Bu xəstəliklərin qarşısını almaq, yaxud yüngül keçirmək üçün daha güclü immunitet sisteminə malik olmaq lazımdır. Şirniyyatdan uzaq durun Payız aylarında müşahidə edilən çiskinli, dumanlı, yağışlı havalar bəzi insanlar üçün rəsmən depressiyanın başlanğıcıdır. Bu insanlar çox vaxt daxillərində olan üzüntü ucbatından daha çox şirniyyat yeməyə meylli olurlar. Ancaq unutmaq lazım deyil ki, belə qidalar bədən müqavimətini aşağı salır. Payız depressiyasının qarşısını ala bilmək üçün B vitamini ilə zəngin tam taxıl, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları yeyilməlidir. Su yaddan çıxmasın Payızda qidalanmada yol verilən böyük yanlışlardan biri yetərincə su qəbul etməməkdir. Çünki soyuyan hava və yağan yağışlar insanların isti içkilər içməsinə səbəb olur. Bununla da su içmək yaddan çıxır. Sərin havalarda elə də çox özünü göstərməyən susuzluq hissi də insanlara su ehtiyacını unutdura bilir. Amma bilmək lazımdır ki, isti çay və qəhvə qətiyyən suyun yerini tuta bilməz və bədənin daha çox su itirməsinə səbəb olar. Gün ərzində ən az 1 litr yarım su içmək lazımdır. Hər səhər təzə meyvə suyu için Yaydan payıza keçəndə insanların orqanizmi sanki dirənir. Bədəndə halsızlıq və yorğunluq halları baş verir. Zamanla isə qripə, infeksion xəstəliklərə meyllilik artır. Bütün bu sağlamlıq problemlərinin qarşısını ala bilmək üçün isə immuniteti gücləndirmək lazımdır. İmmuniteti gücləndirmək üçün mineral və vitamin baxımından zəngin ət, süd, meyvə, tərəvəz və taxıllardan ibarət qida qrupları ilə qidalanmaq lazımdır. Həm də bədəndəki toksinlərin atılması üçün C vitamini daşıyan meyvə və tərəvəzlər yeyilməlidir. C vitamini itkisinin qarşısını almaq üçün də hər səhər bir stəkan təzə sıxılmış meyvə suyu için. Üşüməmək üçün ədviyyat yeyilməlidir Payızın soyuğunda həddən çox üşümə problemi ortaya çıxır. Bu problemin qarşısını ala bilmək üçün istiot, kəklikotu, zəncəfil və sarıkök kimi ədviyyatlar yeyilməlidir. Bu ədviyyatlar yeməklərdə istifadə edilmirsə, çaylara qatıla bilər. Ara yemək saatlarında bir ovuc qoz, fındıq, naringi yeyin. Həftədə iki dəfə balıq, 1 dəfə də quru paxlalılar qəbul edin. Probiotik qəbulu şərtdir İmmuniteti gücləndirən qidaların sırasında ən mühüm olanı probiotiklərdir. Probiotiklər fəsil keçidinin və qidalanmanın səbəb ola bildiyi bağırsaq problemlərini azaldır. Buna görə də probiotik qidaların xüsusən payız aylarında qəbul edilməsi məsləhətdir. Qatıq, kefir əsas probiotik qida sayılır. Kefir həzm sistemində olan bakteriya və mikrobların təmizlənməsinə yardımçı olur. Antibiotik özəlliyi daşıyan yüksək kalsium və maqnezium tərkibi ilə sümük sağlamlığının qorunmasına da dəstək olur. Antioksidantlar süfrədən əksik edilməməlidir Bədən sağlamlığı üçün vitamin və minerallar qədər antioksidant tərkibli yeməklər də böyük önəm daşıyır. Çünki antioksidant yeməklər bir qrup problemlərin qarşısını alarkən bədənə girməyə çalışan sərbəst radikalların da qarşısını alır. Payızda yeyilə biləcək antioksidant qaynaqları bunlardır: A vitamini Yaşıl yarpaqlı tərəvəzlər, kök, balqabaq, yumurta və balıq C vitamini Quşburnu, cəfəri, yaşıl bibər, limon, kələm, naringi və qreypfrut E vitamini Badam, qoz, fındıq Maqnezium Badam, qoz, fındıq, fıstıq, banan, quru paxlalılar, taxıllar, yaşıl yarpaqlılar Selenium Dəniz məhsulları, ət məhsulları və sarımsaq Sink Badam, qoz, quru paxlalılar, bulğur, süd, yumurta, balıq və ət. Payızda səhər yeməyində masaya yumurta ilə birlikdə tam taxıl çörəyi, cəfəri, yaşıl bibər də qoyun. Günorta meyvə yeyərkən badam, qoz da yeyin.
Категория: Saglamliq | Просмотров: 268 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Декабрь 2016  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz