Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2016 » Декабрь » 08 » Şüuraltının Gücü İlə Nələr Edə Bilərik?
10:11
Şüuraltının Gücü İlə Nələr Edə Bilərik?
Şüuraltını tam mənası ilə ifadə etmək lazım olsa onun sizin qəbul etdiyiniz hər şeyi qeydiyyata alan bir aparat olduğunu deyə bilərik. Şüurumuz sadəcə gördüklərini, hiss etdiklərini və ya eşitdiklərini qeyd edirsə, təsəvvür edin ki, şüuraltı fərqində olmadığımız və gün ərzində məruz qaldığımız bütün təsirləri qeydiyyata alır. Bu proses tam olaraq belədir: insan şüur ilə fokuslandığı şeyləri fərq edər, lakin şüuraltı hər şeyi fərq edər və bu eynilə bir kameranın sorğusuz sualsız hər şeyi qeyd etməsi kimidir. Amma bizim şüurumuz davamlı bir şeylərə diqqətimizi yönəltməyimizi təmin edir, bunun səbəbi isə şüuraltında olan köhnə mövzularla yeni mövzuların etiketlənməsidir (əlaqələnməsidir) və bundan ötəri heç bir zaman zehnimizin qəbul etdiyi kimi hiss etdiklərimizə, gördüklərimizə tərəfsiz saf gözlə baxa bilmirik. Budur şüuraltının edə biləcəkləri: Şüuraltınızda hər problemin cavabı vardır. Yuxuya getmədən əvvəl şüuraltına "səhər altıda qalxacağam." əmrini versəniz sizi tam saatında oyandıracaq. Bioloji saatımız olduğu üçün şüuraltı zamanı gəlincə sizi bir şeyi bəhanə edərək bir şəkildə oyandıracaq. Hər gecə yatarkən öz özünüzə söylədiyiniz müsbət ifadələr sağlamlığınızın qüsursuz olması istiqamətində olarsa, şüuraltınız əmrinizi yerinə yetirəcək. Şüuraltına ən asan əmr verməyin və onun bu əmrləri qəbul etməsinin bir tək yolu var və bu da ona yaxın olmaqdır. Ona yaxın olma yolu isə tezliyimizin aşağı olmasıdır, bu da zehnimizin açıq olduğu və hər şeyi qəbul etdiyi andır. İnsanın tezliyinin düşdüyü anlardan biri isə yuxuya girmədən əvvəlki haldır, çünki yuxu halı şüuraltı halıdır və açıqdır çox şeyi asanlıqla qəbul edər. Bir kitab ya da möcüzəli bir teatr əsəri yazmaq, fövqəladə bir çıxış etmək istəyirsinizsə, bu fikri sevgiylə hiss edərək şüuraltınıza çatdırın, o da sizə istədiyiniz qarşılığı verəcək. Əsla "bunu edə bilmərəm" ya da "bunun olması qeyri-mümkün" kimi sözlər söyləməyin. Şüuraltınız bunu olduğu kimi anlayacaq və bu düşüncələrdən ötəri etmək istədiyiniz şey üçün qabiliyyətiniz olmadığını qəbul edəcək. Şüuraltı davamlı təkrarlanan düşüncələri həyatımızdakı qeydə alınmış hər şeylə əlaqələndirir və artıq hər şeydə o halı yaşamağa başlamış olarıq. Sizə zərər verəcək yada canınızı yandıracaq şeylər düşünməyin, çünki nəyə inansanız onunla qarşılaşacaqsınız. Ən doğru şəkildə düşünüb hiss etməyə başlasanız dinc bir zehinə sahib olmanız qaçınılmaz olar. Şüuraltınız, zehininizdən keçirib doğru olduğunu iddia etdiyiniz hər şeyi qəbul edəcək və sizə bunu yaşadacaq. Şüurunuz qapıdakı gözətçidir. Ən əhəmiyyətli funksiyası şüuraltını, səhv təəssüratlardan qorumaqdır. Hər zaman yaxşı şeylərin ola biləcəyini və bu anda olmaqda olduğunu düşünməyi seçim edin. Şüuraltı qeydini indiki zamanı əsas götürərək etdiyi üçün, istədiyimiz hər şeyi indiki zamanda düşünməliyik. Şüuraltı ilə nələr edilə biləcəyinə bir baxaq. Hipnoterapistlər şüuraltına enərək verilən əmrləri qəbul etdirirlər və nə qədər təəccüblü şeylər etdiklərinə inana bilməzsiniz. Bir adama hipnoz edildikdən sonra qoluna qızğın dəmir dəydiriləcəyi təlqini edilir, halbuki yalnız qələmin ucu dəydirilər, lakin şüuraltı onu olmuş kimi qəbul edər və eyni təsiri bədənin hiss etməsini təmin edər. Bir başqa hadisədə isə hipnoz edilən şəxsin göydələn nərdivanlarına çıxması təlqini verilər və uzandığı halda ürək atışları artır, tərləyir və təngnəfəs qalır. Yəgin ki, bu yazıdan sonra şüuraltının nələrə qadir olduğunu az da olsa ifadə edə bildik.
Категория: Psixologiya | Просмотров: 233 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Декабрь 2016  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz