Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Март » 19 » Yoxsulluğa proqramlaşdıran 7 vərdiş
22:27
Yoxsulluğa proqramlaşdıran 7 vərdiş


 

Bilirsinizmi ki, vərdişlərimiz fiziki və emosional vəziyyətimizə təsir edir, davranışlarımız həyatımızı proqramlaşdırır, hətta maddi durumumuzu müəyyənləşdirir. Hətta elə vərdişlər var ki, onları vaxt itirmədən tərgitməli və hər vəchlə özümüzdən uzaqlaşdırmalıyıq. Məsələn, vərdiş halına çevrilən 7 xüsusiyyət var ki, onlar nəinki insanın yoxsulluğundan xəbər verir, hətta insanı ona proqramlaşdırır. 1. Özünə yazığı gəlmək Özünə mərhəmət hissi taleyində yaşanmış uğursuzluqlara təəssüflənməklə başlayır. Nə bədən quruluşu, nə siması, nə maaşı, nə mənzili ürəyincə olur. Hər xırda problem, uğursuzluq özünə yazığın gəlməsi üçün bəhanə ola bilər. Özünə yazığı gəlməyi vərdiş halına gətirən insanlar tezliklə ətrafdakıların gözündən düşür. Nəticədə bütün yaxşı əlaqələrini itirir, karyerada uğur əldə edə bilmir. Əlbəttə ki, zavallıya yazığı gələn tapılar. Lakin həmin zavallı unutmamalıdır ki, həyatda özünə yazığı gəlməklə işini bitmiş saymamalıdır. Boş dayanmamalı, hansısa şirkətin zəng edib onu işə çağırmasını gözləməməlidir. 2. Hər şeyə qənaət etmək vərdişi Mağazaya girən kimi ucuz mallar şöbəsini axtarır, həmkarlarınızın sizdən az işləyib daha çox qazandığını düşünürsünüzsə, heç kimə heç vaxt borc pul vermirsinizsə, ofisiantlara bəxşiş qoymursunuzsa və hesab edirsinizsə ki, aldığınız əmək haqqı ilə uşaq doğmaq olmaz, onda, əmin olun ki, yoxsulluğa doğru gedirsiniz. Analitiklər deyirlər ki, bu cür üsullar ağıllı qənaətin əlaməti deyil. Bu, onu göstərir ki, həmin insanın gəliri və xərci arasında tarazlıq yoxdur. Varlı adamlar isə aldığı hər şeyin real dəyərini, özgə əməyinə görə pul ödəməyə hazırdır və bunu başqalarından da gözləyir. 3. Hər şeyi pulla qiymətləndirmək Yalnız yoxsulluğa proqramlaşdırılan adamlar hesab edirlər ki, xoşbəxt olmaq sonu çoxlu sıfırlarla bitən maaş aldıqda mümkündür… Bu cür adamlar düşünürlər ki, bahalı maşının, dəbdəbəli evin, brend geyimlərin yoxdursa, ona sevinmək və ya xoşbəxt olmaq olmaz. Sosioloqlarsa deyirlər ki, «Sizə xoşbəxtlik üçün nə lazımdır?» sualına cavab verərkən ancaq kasıblar pulla bağlı olan məsələləri sadalamağa başlayırlar. Yüksək gəlirli insanlar isə bu suala sevgi və dürüst dostluq cavablarını verirlər. Bu zaman onlar bankdakı hesablarını sərvət adlandırmırlar. Onların fikrincə, zəngin o adamdır ki, pulu özünə cəlb etməyə qadirdir. Heç nədən biznes qura bilir. İnsanın uğuru pul kisəsinin həcmindən asılı deyil. 4. Pul qurtaran kimi təşvişə düşmək Sizin ixtisara düşə biləcəyiniz fikri nəbzin sürətlənməsinə səbəb olursa, bu, daxili yoxsulluq proqramının əlaməti ola bilər. Pul zəngin insanların həyatını dəyişmir. 5. Qazandığından daha çox xərcləmək vərdişləri Siz iki işdə çalışırsınız, ancaq yenə də pul çatmır? Deməli, nəyisə dəyişmək vaxtıdır! Əgər insan kreditin nəğd ödənişdən nə ilə fərqləndiyini başa düşmürsə, onda o, zəngin olmayacaq. 6. Sevmədiyin bir işlə məşğul olmaq vərdişi Psixoloqlar deyirlər ki, adamlar sevmədiyi işlə məşğul olanda, potensial yoxsul hesab olunur. Buna səbəb isə istəmədiyi işləri görməyə məcbur olmasıdır. Məcburiyyət olan yerdə yaxşı nədənsə danışmağa dəyməz. Bu vərdişi aradan qaldırmaq üçün daha çox məmnunluq doğuran işlərlə məşğul olmalısınız. Ancaq bu şəkildə mükəmməl nəticələrə nail olmaq olar! 7. Qohum-əqrəbadan uzaq durmaq vərdişi Bütün varlı insanların qohum-əqrəbası var. Bu, insanın dünyada ən qiymətsiz sərvətidir. Çünki həyatınızda böhran baş verəndə ehtiyacımız olan dəstəyi və təskinliyi məhz onlarda tapmaq olar.
Просмотров: 247 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Март 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz