* Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsan yağış yağar.
* Atasına oxşayan qız xoşbəxt olar.
* Adamın boğazı göynəyəndə pay yeyərlər.
* Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz, toxum səpilməz.
* Ayağa süpürgə dəyəndə evə dava düşər.
* Ay tutulanda tüfəng atarlar.
* Ayı barmaqla göstərməzlər.
* Ay çıxanda onu görənin işi uğurlu olar.
* Aya qarşı gərnəşənin sağlamlığı olmaz.
* Ay işığı düşən qapının üstünə çirkli su atan adamın axırı yaxşı olmaz.
* Ayaqının altı qaşınanda səfərə çıxmalı olarsan.
* Ayaqqabıların qapıda bir-birindən aralı dayanıbsa, deməli əziz adamlarından ayrı düşərsən.
* At təngiyib yol getmirsə, deməli qəzə gözləyir. * Atı satanda yüyən və noxtasını verməzlər.
* Axşam ev süpürməzlər ki, evin rusuzu gedər. * Axşam güzgüyə baxmazlar.
* Axır çərşənbə günü və yaxud bayram axşamı küsülü olsan, yeddi il barışmazsan.
* Adətən, heyva a
...
Читать дальше »