Dünya şöhrətli yapon professor, süd vəzisi xərçəngi üzrə ixtisaslaşmış cərrah və “Yaponların Qədim Qidalanma Sirri” kitabının müəllifi - Yoşinori Naqumo 20 yaş gənc görünməyin sirrini açıb. O, iddia edir ki, gündə bir dəfə yeməklə orqanizmin qocalmasının qarşısını almaq mümkündür. Y.Naqumonun 63 yaşı olsa da, ona 40-dan çox yaş vermək qeyri-mümkündür. Artıq 15 ildir ki, onun 62 kq çəkisi dəyişməz olaraq qalır. Həkim hesab edir ki, insanın daxili orqanlarının vəziyyəti necədirsə, xarici görüşü də o cür görünür. Ən əsası dəriniz parlaq, beliniz incədirsə, deməli, sağlamsınız. Əgər belə deyilsinizsə, deməli, bu, bir sıra xəstəliklərin xəbərçisidir.
Yoşinori Naqumo yalnız axşamlar olmaqla gündə bir dəfə yemək yeyir. Səhərlər kərə yağlı qəhvə içir, günorta duzsuz və yağsız fındıq-badam, axşamlar ürəyi nə tələb etsə... Beləcə, aclıq geninin daim aktiv fəaliyyətdə olmasını təmin edir. Şüarı da belə səslənir: “Gündə bircə dəfə ye, 20 yaş gənc qal!”
Publika.az Yoşinori Naqum
...
Читать дальше »