Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Май » 02 » Aldadıcı oxşarlıq
14:37
Aldadıcı oxşarlıq
Bir neçə il əvvəl qatarla Nyu-York ştatındakı Salamanka vağzalına gəlmişdim. Oradan başqa bir qatarla uzaq səfərə getməliydim. Platformada çoxlu adam vardı və hamısı tamamilə dolu olan həmin qatara minməyə cəhd edirdilər. Kassadakı gəncdən mənə bir bilet verməsini xahiş etdim, o isə «yoxdur», — deyə cavab verdi. Oradan aralandım və qarşıdan gələn bir yerli məmurdan o qatarda bir bilet əldə etməyimə kömək göstərməsini xahiş etdikdə o, mənim sözümü kəsərək qəzəblə dedi: «Mümkün deyil, hər künc-bucağı doludur, bir də məni narahat etmə». O, arxasını mənə tərəf çevirib çıxıb getdi. Mən özümü elə təhqir olunmuş hesab etdim ki, yol yoldaşıma dedim: «Mənim kim olduğumu bilsəydilər bunlar...». Lakin yoldaşım dərhal sözümü kəsdi: «Cəfəngiyyat danışma, vəziyyətlə barışmahyıq», — dedi, "əgər onlar sənin kim olduğunu bilsəydilər, tamamilə dolu bir qatarda bilet tapmağa sənə necə kömək edərdilər?".
Bu çıxılmaz vəziyyətə çarə tapılmadı ki, tapılmadı. Birdən hiss etdim ki, vaqonlardan birinin bələdçisi dönüb diqqətlə mənə baxdı. Gördüm ki, onun üzünün ifadəsi dərhal dəyişdi. O, məni mundirli bir məmura göstərib ona nə isə pıçıldadı və mən anladım ki, mənim barəmdə danışırlar. Bir an sonra həmin vaqon bələdçisi üz-gözündən nəzakət yağa-yağa mənə yanaşdı.
«Sizə bir qulluq göstərə bilərəmmi?», — deyə soruşdu. «Sizə bu qatarda yer lazımdırmı?».
«Bəli» dedim. "əgər mənə bir yer düzəldə bilsəniz, sizə minnətdar olaram. Hər nə cür yer olur-olsun".
«Bizdə böyük ailə kupesindən başqa heç nə qalmayıb». O, sözünə davam etdi, «ikiyataqlıdır və içində iki kreslo var, lakin kupe tamamilə sizin sərəncamınızdadır. Tom, tez bu çamadanları vaqona qaldır».
Sonra o, əlini qaldırıb şlyapasına toxundurdu və yoldaşımla mən irəli cumduq. Yoldaşıma bir-iki söz deməyə can atırdım, lakin fikrimi dəyişdim. Bələdçi bizi kupedə rahat yerləşdirdi və sonra dönə-dönə təzim edərək gülümsündü:
«Hə, cənab, başqa bir şey istəmirsiniz ki? Çünki hər nə buyursanız, qulluğunuzda hazırıq».
«Bir qədər isti su olar?», — deyə soruşdum.
"Əlbəttə, cənab, bu dəqiqə gətirərəm".
«Yaxşı! Bu lampà yataqdan çox yuxarıdan asılıb. Daha yaxşı bir lampà olarmı ki, mənim yatağımın üstündən asılsın və mən rahat kitab oxuya bilim?».
«Bəli, cənab. Sizin istədiyiniz lampa qonşu kupedən asılıb. Mən onu oradan çıxarıb dediyiniz yerdən asacağam. O bütün gecəni yanacaq. Bəli, cənab, siz istədiyiniz hər bir şeyi buyura bilərsiniz və sizi razı salmaq üçün bütün dəmiryolunu da alt-üst edərik».
Bunu deyərək o, çıxıb getdi. Mən öz yoldaşıma gülümsünüb dedim: «hə, indi sözün nədir? Mənim Mark Tven olduğumu bilən kimi gördünmü münasibətləri necə dəyişdi? Nəticə göz qabağındadır, elə deyil?». Yoldaşım susurdu. Mən isə əlavə etdim: «Sənə göstərilən xidmətdən narazılığın yoxdur ki? Bunların hamısını əlavə xərclə deyil, yalnız bilet pulu hesabına edirlər».
Mən belə deyərkən bələdçinin gülümsər çöhrəsi kupenin qapısı ağzında görsəndi və dedi:
«Hə, cənab, mən platformada sizə baxan kimi tanıdım. Bizim rəisə də sizi mən göstərdim». «Eləmi, əzizim?» — deyərək ona yaxşıca çay pulu verdim. «Mən kiməm?».
«Mister Mak Klellan — Nyu-Yorkun meri», — deyərək tez çıxıb getdi.
Категория: Maraqli Hekayeler | Просмотров: 265 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz