Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Май » 02
Universitetdə tələbə olanda yarım gün idman malları satan bir mağazada işləyirdim. Kiçik bir oğlan uşağı həftədə ən azı iki-üç dəfə bu mağazaya gəlir və almaq istədiyi basketbol topuna baxıb gedirdi.
Mən də müdirimlə onun bu hərəkətinə gülürdük. Çünki mağazadakı ən bahalı basketbol topunu almaq istəyirdi. Ancaq bütün bunlara baxmayaraq, deyəsən, o bu qərarında çox ciddi idi… Bu hadisə demək olar ki, bir neçə ay davam etdi. Hər dəfə də uşaq mağazaya gəlir və basketbol topunun satılmadığını görəndə sevinirdi. Bundan sonra isə onun topu əlinə götürmək, orabura çevirmək və sonra da diqqətlə yerinə qoymaq vaxtı idi...
Nəhayət, bir gün uşaq mağazaya bir ayaqqabı qutusu ilə gəldi. Üzündə böyük bir təbəssüm basketbol topunu almaq istədiyini bildirdi. Müdirim topu yerindən götürdü və asta addımlarla kassaya doğru apardı. Uşaq o vaxt ayaqqabı qutusundakı xırda pullarını sayırdı. Uşağın cəmi 9 dollar 99 sent pulu var idi (Görünür, uşaq, topun üzərindəki “7” rəqəmini “1” rəqəmi kimi ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 299 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” — sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, — cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, — deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır.Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 308 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir alim var idi. Bir gün bir tələbəsi yanına şikayətə gəldi və “hər dəfə dərsə gəlib-getməkdən bezmişəm, çünki beynimdə heç nə qalmır”- dedi.
Alim kirli bir səbət götürüb tələbəsinə verdi bir az irəlidəki su quyusunu göstərib: “get o quyudan bu səbəti doldur gətir”- dedi.
Tələbə alimin dediyi kimi etdi. Səbəti su ilə doldurdu, ancaq geri qayıdana qədər səbətdə su qalmadı.
Alim tələbəsini 3 dəfə də suya göndərdi. Tələbə isə hər dəfə səbəti su ilə doldurur, ancaq hər dəfə də boş səbətlə geri qayıdırdı. Boş yerə suya gedib gəldiyini düşünən tələbə, nəhayət, alimin deyəcəyi son sözü gözləməyə başladı.
Alimin son sözü bu idi: Əsas məsələ quyuya boş və ya dolu gedib gəlməkdə deyil, əsas məsələ quyuya gedib, gəlməkdədir. Bax, suya salıb çıxardıqca səbətin də təmizləndi”
Категория: Maraqli Hekayeler | Просмотров: 281 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Gənc şahzadə taxta çıxan kimi ölkəsini ədalətlə idarə etmək üçün dünya tarixini öyrənmək istədi.
Odur ki, bütün məşhur alimləri saraya topladı və: “Mənə dünyanın tarixini yazın. Mən də oxuyub ölkəmi ədalətlə idarə edim”, — dedi.
Aradan bir il, üç il, beş il, on il, iyirmi il… keçdi, ancaq alimlərdən hələ də səs-soraq yox idi. Şah yenidən alimlərə xəbər göndərdi və dünyanın tarixini soruşdu. Çox keçməmiş alimlər 40 dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah kitablara baxdı və: “Mən 40 dəvə yükü kitabı oxuyub qurtara bilmərəm. Yaxşısı budur, siz bunları bir az azaldın”, — dedi.
Yenə aradan bir il, üç il, beş il, on il… keçdi, ancaq alimlərdən bir səs-soraq gəlmədi. Şah yenə alimlərə xəbər göndərdi. Alimlər bu dəfə iki dəvə yükü kitabla şahın hüzuruna gəldilər. Şah yenə: “Mənim bu qədər kitabı oxumağa vaxtım çatmaz. Yaxşısı budur, siz bunları da bir az azaldın”, — dedi.
Yenə aradan bir il, üç il, beş il… keçdi. Artıq şah qocalmışdı. Ancaq yenə də dünyanın t ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 577 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir vaxtlar müdrik bir qoca var idi. Qoca, hökmdarı salamlamaq üçün hər səhər hüzuruna çıxır və: «Məqsədinə çatmaq istəyirsənsə, erkən qalx!»-deyirdi. Hökmdar isə bu sözlərə görə çox narahat olurdu. Çünki gecəni əyləncə ilə keçirdiyi üçün gec yatır, səhər isə gec qalxırdı. Ona görə də qocanın bu sözləri ona həmişə təhqir kimi gəlirdi. Ancaq hörmət etdiyi üçün ona heç bir şey demirdi.
Nəhayət, bir gün hökmdar adamlarına əmr verdi və adamlar qoca səhər saraya gələndə paltarlarını soydular. Qoca evə qayıdıb başqa bir paltar geydi və sonra hər gün olduğu kimi hökmdarın hüzuruna çıxdı.
Hökmdar soruşdu:
— Bu gün niyə gec gəldin?
— Gələndə yolda paltarlarımı soydular. Mən də evə qayıdıb başqa paltar geyinmək məcburiyyətində qaldım.
Hökmdar qürurla dedi:
— Bax gördün? Erkən qalxdığın üçün başına bu pis hadisə gəldi.
Qoca gülümsəyərək cavab verdi:
— Yox hökmdar! O oğrular məndən də erkən qalxmışdılar. Ona görə də məni soymağı bacardılar. < ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 314 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma ertəsi gün sabah hamısının partalarında torbalar və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və üzərində həmin insanın adını yazın. Sonra isə o kartofları torbalara qoyun.
Bəzi şagirdlər torbaların içinə iki- üç kartof qoyarkən, bəzilərinin torbası artıq ağzınacan dolmuşdu. Müəllim ona baxıb sanki " bundan sonra nə olacaq" deyən şagirdlərə deyir:
— Bir ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 248 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :
-Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin.Neyləyim ki, var- dövlətim getdikcə azalsın?
Həzrəti Musa deyir:
— Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə- gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir. Aradan bir xeyli müddət keçir. Həzrəti Musanın yolu yenə bu kənddən düşür. Gəlib həmin adamı tapır və vəziyyəti soruşur. Adam deyir :
— Siz mənə məsləhət verib getdiz. Mən də sizin dediyiniz kimi etdim. Amma Allah təala siz gələnə qədər birə beş verirdisə, siz gedəndə ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 258 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bilidir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı.
Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı, dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı.
Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: «Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyali yarpaq düzəltdim, sənin ümidin itməsin deyə.»
Категория: Maraqli Hekayeler | Просмотров: 253 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Günlərin birində reportyor hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.
Reportyor təəccübləndi:
— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.
Fermer gülümsəyərək cavab verdi:
- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.
Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzaranı yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 516 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:
- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?
Qoca suala sualla cavab verdi:
- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?
Gəncin sanki yarasına duz səpdilər:
- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.
Qoca dilləndi:
- Bilirsən, elə buranın camaatı da belədir.
Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.
Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:
- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?
Qoca yenə suala sualla cavab verdi:
- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?
- Çox gözəl insanlar idi, baba. Alicənab, qonaqpərvər, mər ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 197 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?
Həqiqətən də düşündürücü suallardır. Məhz cəmiyyətimizdə çoxumuzda bu problem var. Kökü isə bir məsələdədir. Artıq və hazırlıqsız məsuliyyət götürməkdə. Bəli bu sualın cavabı budur. Yersiz yüklənmə, qaldıra bilməyəcəyimiz öhdəliyi götürmə. Yaxud da xeyri zərərindən az olan məsuliyyətə qatlanma.
Natamamlığımız valideynlik statusumuzda, ixtisasımıza yiyələnməkdə, ünsiyyətimizdə, yardımlaşmağımızda və s. situasiyalarda özünü göstərir.
Əfsus ki, bu problemə lazımi qədər əhəmiyyət verə bilmirik. Anlaya bilmirik ki, bu məsələni həll etsək, sıxıntılarımızın çoxu həll olacaq.
Məsələ ondadır ki, bizim plan və istəklərimiz çoxdur. Amma təhlilsiz. Təhlil zəif olarsa, o istədiyimiz arzumuz həyata keçəndən sonra bizə problem ola bilər. Çünki hər kəsin öz dərəcəsi, öz tutumu və öz ehtiyacları v ... Читать дальше »
Категория: Psixologiya | Просмотров: 243 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım.
Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm.
Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. «Bəlkə qızımın beyin inkişafı geri qalır?» kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim.
O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrimi də tükətdi. Qollarından tutub silkələ ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 269 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir neçə il əvvəl qatarla Nyu-York ştatındakı Salamanka vağzalına gəlmişdim. Oradan başqa bir qatarla uzaq səfərə getməliydim. Platformada çoxlu adam vardı və hamısı tamamilə dolu olan həmin qatara minməyə cəhd edirdilər. Kassadakı gəncdən mənə bir bilet verməsini xahiş etdim, o isə «yoxdur», — deyə cavab verdi. Oradan aralandım və qarşıdan gələn bir yerli məmurdan o qatarda bir bilet əldə etməyimə kömək göstərməsini xahiş etdikdə o, mənim sözümü kəsərək qəzəblə dedi: «Mümkün deyil, hər künc-bucağı doludur, bir də məni narahat etmə». O, arxasını mənə tərəf çevirib çıxıb getdi. Mən özümü elə təhqir olunmuş hesab etdim ki, yol yoldaşıma dedim: «Mənim kim olduğumu bilsəydilər bunlar...». Lakin yoldaşım dərhal sözümü kəsdi: «Cəfəngiyyat danışma, vəziyyətlə barışmahyıq», — dedi, "əgər onlar sənin kim olduğunu bilsəydilər, tamamilə dolu bir qatarda bilet tapmağa sənə necə kömək edərdilər?".
Bu çıxılmaz vəziyyətə çarə tapılmadı ki, tapılmadı. Birdən hiss etdim ki, vaqonlardan birinin b ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 264 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir zamanlar dörd oğlu olan müdrik bir qoca var imiş. Oğullarına tez tələsik qərar verməmələrini və tez mühakiməli olmamalarını öyrətmək üçün dərs vermək istəyirmiş. Hər birini növbəylə uzaq bir yerdə olan ağaca qulluq etmələri üçün göndərir. Böyük oğlu Qışda gedir, ikincisi Yazda, üçüncüsü Yayda, sonuncusu Payızda gedir.
Sonra bir gün hamısını bir yerə toplayır və nə gördüklərini soruşur:
Böyük oğlu ağacın çirkin, yaşlı və qupquru olduğunu söyləyir.
İkinci oğlu başqa fikirdəydi: «Xeyr, çiçəkləri vardı və qoxusuyla görünüşüylə o qədər möhtəşəm idi ki, daha əvvəl heç belə bir gözəllik görməmişdim» deyir.
Üçüncü oğlu: «Yam yaşıl və çox gözəl idi» deyir.
Ən kiçik oğlu, hamısının da haqsız olduğunu və ağacın meyvələrlə dolu, capcanlı olduğunu bildirir.
Müdrik ata oğullarına hamısının haqlı olduğunu söyləyir, çünki, hər biri fərqli mövsümlərdə bu ağacı görməyə getmişdilər.
Onlara, bir ağacı və ya bir insanı qısa bir müddət və ya bir mövsüm ta ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 262 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır…
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq nə istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir:
-Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər!
Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər.
İlk gecə General görür ki, o qorxunc cadugər d ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 207 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı!
Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda ayılır ki, artıq gecdir, paxıllıq, xəbislik bataqlığında çabalayır, nə qədər qışqırsa da nə səsini eşidən olur, nə köməyinə gələn…
Nə deyim, Allah dilimizi qeybətdən, içimizi paxıllıqdan, xəbislikdən qorusun. Amin!
Категория: Maraqli Hekayeler | Просмотров: 266 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...
Категория: Maraqli Hekayeler | Просмотров: 266 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi. Mürəkkəb kağızın bu sözlərini eşitdi və ürəyində ona güldü. Ancaq kağıza yaxınlaşmağa da cəsarət etmədi. Rəngbərəng qələmlər də kağızın bu sözlərini eşitdilər, ancaq ona yaxınlaşa bilmədilər. Və ağ kağız ömrünün sonuna qədər təmiz qaldı. Həm təmiz, həm də boş...
Категория: Maraqli Hekayeler | Просмотров: 263 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı:«Köhnə qəzetiniz var?» — deyə soruşdu. İşim olduğu üçün əvvəlcə «Yox» demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də cırıq ayaqqabı geyinmişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım.
Onlar buxarının yanında qarınlarını doyurmağa başladılar, mən isə işimi görmək üçün mətbəxə qayıtdım. Ancaq qonaq otağında səssizlik diqqətimi cəlb etdi. Bir anlıq başımı içəri uzatdım. Balaca qız gözlərini qırpmadan əlindəki fincana baxırdı. Məni görən kimi:«Xanım siz varlısınız?» — deyə soruşdu. Təəccüblə:«Yox,varlı deyiləm», — deyə cavab verdim. Qeyri-ixtiyari gözlərim köhnə ev ayaqqabılarıma sataşdı. Qız əlindəki fincanı ehtiyyatla nəlbəkiyə qoydu və:«Sizin finca ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 301 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Nyu Yorkda bir bankın qarşısında son model bir «Rolls Roys» dayandı. «Rolls Roys»dan düşən bir adam sürətli addımlarla banka girdi. Adam çox təcili bir iş üçün Avropaya getməli və buna görə də, bir həftəlik beş min dollar kredit almalı idi. Buna görə də, ilk işi bir müştəri təmsilçisinin qarşısında oturmaq oldu. Müştəri təmsilçisi adamın sənədlərini aldı və qısa bir «araşdırma» apardıqdan sonra:
-Bütün sənədlərinizi nəzərdən keçirdim. Bu krediti almaq üçün heç bir probleminiz yoxdur, — dedi.
Bir qədər susduqdan sonra isə əlavə etdi:
-Ancaq bir məsələ var. Bizim bankla əvvəllər heç əməkdaşlıq etməmisiniz. Yəni bir bank kimi sizi rəsmi olaraq tanımırıq. Buna görə də, kredit vermək üçün əvəzində sizdən bir təminat almalıyıq...
Adam cibindən «Rolls Roys»unun açarını çıxardı və bankın müştəri təmsilçisinə uzadaraq:
— Çox tələsirəm, təyyarəyə çatmalıyam. Qapıdakı «Rolls Roys»umu təminat ala bilərsiniz, — dedi.
Kredit əməliyyatları cox sürətlə tamamla ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 199 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Müharibənin ən qızğın bir vaxtı idi. Yapon general ordusu düşmən ordusundan sayca az olsa da, hücuma keçməyi qərara almışdı. Üstəlik, o bu döyüşdə qalib gələcəyinə də inanırdı. Ancaq nə yazıq ki, əsgərləri hələ də bu qələbəyə şübhə ilə baxırdılar. General isə əsgərlərini bu şübhədən necə xilas edəcəyini düşünürdü. Artıq döyüş meydanına doğru üz tutmuşdular. Bir qədər getdikdən sonra yolda fasilə verdilər. Fasilədən sonra general cibindən metal bir pul çıxardı və əsgərlərinə belə dedi:
— İndi mən bu pulu havaya atacağam. Əgər pulun yazı üzü düşsə, deməli qalib gələcəyik, buna görə də, yolumuza davam edəcəyik, yox əgər şəkil üzü düşsə, deməli, məğlub olacağıq, buna görə də, geri qayıdacağıq. Qəbul edirsinizmi?..
Əsgərlər bir ağızdan bu təklifi qəbul etdilər. Bir qədər sonra general pulu havaya atdi və hamı həyəcanla bu «təcrübənin» nəticəsini gözləməyə başladı. Metal pul yerə düşdükdən sonra bir qədər fırlandı və bir qədər fırlandıqdan sonra da dayandı. Yerə pulun yazı üzü ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 214 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Məktəblərin açılmasına bir həftə qalmış birinci sinifə gedən oğlumun hər sabah gedəcəyi yolu "ölçməyi" qərara aldım. Təbii ki, oğlumun sürətini nəzərə almağı da unutmadım. Buna baxmayaraq, bu yol, yenə də, ən azı 20 dəqiqə vaxtımı aldı. Ancaq ilk iki gün oğlum evə vaxtından 10 dəqiqə gec gəldi.
Başqa sözlə, onun məktəbdən çıxdığı vaxtla evə gəldiyi vaxt arasında 20 dəqiqə yox, 30 dəqiqə fərq var idi. Buna görə də, üçüncü gün özüm onunla bir yerdə məktəbə getməyi qərara aldım. Əlbəttə ki, bir həftə əvvəlki 20 dəqiqəlik proqnozumda yanılmamışdım. Sadəcə olaraq, oğlum üçün birinci, mənim üçün ikinci dərəcəli olan kiçik istisnaları nəzərə almamışdım:
— Bi ağacın gövdəsindəki qarışqa «karvanına» tamaşa etmək.
— Bir mağaza vitrinindəki velosipedə baxmaq.
— Bir sürücünün təkər dəyişdirməsini «izləmək».
— Bir elektrik dirəyinin ətrafında bir-iki dövrə vurmaq.
— Bir küçə itinin və iki küçə pişiyinin başını sığallamaq.
— Bir kəpənəyin arxasınca qa ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 354 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Yaşanmış hadisə
Evini yenidən dekorasiyaya etdirmək istəyən bir yapon, bunun üçün evinin orta divarını dağıdır. Yapon evlərində adətən iki taxta divar arasında bir boşluq olur. Divarı dağıdarkən, çöldən vurulan bir mismarın ayağına batdığı üçün, orada sıxılıb qalan bir kərtənkələ görər. Həmin adam bunu gördüyündə özünü pis hiss edər və eyni zamanda bu onun marağına səbəb olar.
Fikirləşir ki, bu mismar 10 il əvvəl, ev tikilərkən vurulmuş bir mismardır. Yaxşı, necə olub ki kərtənkələ bu vəziyyətdə heç tərpənmədən 10 il boyunca yaşaya bilib? Qaranlıq bir divar boşluğunda, heç tərpənmədən, 10 il boyunca yaşamaq qeyri-mümkün bir şeydir.
Beləcə, həmin adam işi dayandırar və kərtənkələni bir müddət izləməyə başlayar. Sonra, haradan çıxdığını görə bilmədiyi başqa bir kərtənkələ gəlir, ağızında daşıdığı yeməklə… Adam gördüyü mənzərədən dəhşətə gəlir. Bu necə bir sevgidir? Ayağı mismarlanmış kərtənkələ, 10 ildir digər kərtənkələ tərəfindən bəslənirmiş...
«Sizi sevənlə ... Читать дальше »
Категория: Maraqli Hekayeler | Просмотров: 256 | Добавил: danger | Дата: 02.05.2017 | Комментарии (0)

Вход на сайт
Поиск
Календарь
«  Май 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz