Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Май » 24 » Göndərilməyən məktub
16:58
Göndərilməyən məktub
"Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır.Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin "əziz balam" deməyindən, məlahətli səsindən, hətta məni danlamağında ötrü belə darıxmışam. Ana, babam necədir? Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur.
Atam bəs? Əminəm ki, hər zaman olduğu kimi əllərini yumadan süfrədə oturur. Sən də əlini yuyub gəlincəyə qədər ona yemək vermirsən. Balacanın dərsləri necədir? Qiymətlərini düzəldə bilibmi? Ona balaca dediyimi bilsə yenə hirslənəcək. Ən acığı gələn şeydir. "Mən artıq böyümüşəm, yekə oğlanam"deyəcək. Havalar soyuyub, yəqin, həmişəki kimi həyətə çıxmırsınız. Babam da ki heç. O, yay- qış bilmədən hər axşam çayını eyvanda içəcək, bacım da onun yanında. O ikisi həmişə, hər yerdə birlikdə olurlar. Ana bu gün axşama nə bişirmisən. Bilirsən də, soğanın az eləyəcəksən, mən soğan sevmirəm. Bilirəm ən acığın gələn şeydir, həmişə onun üstündə deyinirsən "Qoymazlar ki, yeməyi bir dəfə də olduğu kimi bişirim.Biri soğanı sevmir, biri istiotu sevmir, biri duzlu istəyir, sizin sayənizdə yeni yemək növləri meydana çıxır." Məni soruşsan, yaxşıyam. Narahat olma, əynimi isti geyinirəm, gecə də üstümü bərk-bərk örtürəm. Bir az qrip olmuşam, amma ciddi bir şey deyil.
Hamınız üçün çox darıxmışam. Hər gecə yuxumda sizləri görürəm. Sabah axşam da süfrədə bir boşqab artıq qoyarsan, mənim üçün. Yenə gələcəm. Hələlik."
Birdən zalın işığı yandı. "Qızım, sən burda neynirsən yenə?" deyə, kimsəsiz uşaqlar evinin müdiri masa arxasında əyləşən, əlində bir zərf olan qızdan soruşdu. "Heç elə-belə" deyib zaldan qaçaraq çıxan qizin dalınca baxan müdirə xanım:"Yazıq balam. Yenə öz xəyallarında qurduğu ailəsinə göndəriləcək, bir ünvanı belə olmayan məktub yazır."deyə öz özünə dedi.
Категория: Maraqli Hekayeler | Просмотров: 247 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz