Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Май » 27 » İmsak vaxtı nədir?
10:06
İmsak vaxtı nədir?
İmsak (ﻙﺎﺴﻣﺍ) sözünün lüğət mənası bir şeyi tutmaq, möhkəm yapışmaq, mane olmaq, bir şeydən əl çəkmək, uzaq durmaq, geri çəkilmək deməkdir. Dini termin olaraq dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.
İslamın əsaslarından biri olan orucun tək rüknu imsakdır. Quranı-Kərimdə imsak haqqında belə buyrulur. “… Dan yeri ağarana, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için…” [1]
Oruc ilk dəfə fərz buyrulduqda səhabələr iftar etdikdən sonra yatsı namazını qılana və ya qılmadan yatana qədər yeyib-içə və xanımları ilə cinsi münasibətdə ola bilirdilər. Yatsı namazını qıldıqdan və ya yatdıqdan sonra ertəsi gün iftara qədər yemək, içmək və cinsi münasibətdə olmaq haram idi. Dözə bilməyib sahəbələrdən bəziləri xanımları ilə yaxınlıq etmişdi. Bir başqa səhabə də iftarı gözləyərkən yorğunluqdan yatıb qalmışdı. Ertəsi gün ac və sususz olduğu üçün tarlada ürəyi getmişdi. Bu hadisədən sonra Allah Təala rəhmətinin ənginliyindən Bəqərə surəsinin 187-ci ayəsini nazil etdi. Artıq insanlar səhər vaxtına qədər yeyib-içə və cinsi əlaqədə ola bilərdilər.
Ayədə haqqında bəhs olunan ağ və qara sapın görülməyindən məqsəd, gündüzün aydınlığı ilə gecənin qaranlığının bir-birindən ayırd edilməsidir. Nəql olunur ki, bu ayə ilk nazil olduqda “minəl-fəcr (fəcirdə, fəcirdən)” əlavəsi yox idi. Oruc tutacaq olanlar bir ayağına qara, digərinə də ağ sap bağlayardı. Sahurda bunları açıq-aydın görənə kimi yeməyə və içməyə davam edərdilər. Allah Rəsulu (s.ə.s) də ağ-qara misalı ilə gecə ilə gündüzün qəsd edildiyini bildirmişdi. Daha sonra Cənabı Haqq, ağ və qara sap təşbehindən “gecə ilə gündüzün qəsd edildiyini bildirmək üzrə, dan yerinin ağarması mənasında, “minəl-fəcr” əlavəsini təkrar nazil etdi.
Ədiy ibn Hatimdən (r.a) belə bir rəvayət nəql edilir: Bəqərə surəsi 187-ci ayə nazil olduqda ağ və qara iki ədəd sapı alıb bunları yastığımın altına qoydum. Sahurda bunlara baxır, bir-birindən ayırd edilib, dan yeri ağardıqda yemək içməyi tərk edirdim. Səhər açıldıqda Rəsulullahın (s.ə.s) yanına gedib etdiyimi ona dedim. O (s.ə.s), belə buyurdu:
“ Sənin yastığın nə qədər də böyük imiş! Ayədə qəsd edilən, gecənin qaranlığı ilə gündüzün bəyazlığıdır. Bunları bir yastığın altına necə sığdıra bilərsən! “ [2]
İmsak oruc qadağalarının başlama vaxtı, fəcri-sadiq – yəni dan yerinin ağarmasıdır. Bununla yatsı namazının vaxtı çıxmış, sübh namazının vaxtı girmiş olur. Bu vaxt eyni zamanda sahurun sona çatıb, orucun başladığı vaxtdır. İftar vaxtı isə, oruc qadağalarının sona çatdığı, günəşin batma vaxtıdır. İftar vaxtının girməsi ilə birlikdə axşam namazının da vaxtı girmiş olur. Gündüz və gecənin tam müşahidə olunduğu yerlərdə imsak və iftar vaxtları, buralara ən yaxın normal bölgələrə görə təyin edilir.
Fiqh alimlərinin əksərinə görə, imsak ikinci fəcrin doğması ilə başlayır və günəş batana kimi davam edir. Bunlardan fəcrin ilk doğuş anını başlanğıc nöqtəsi qəbul edənlər ehtiyatı, aydınlığın bir az yayılıb açıq-aydın hiss edilməsini mənimsəyənlər də asanlığı əsas götürmüşlər. [3]
Günümüzdə İslam aləmində müxtəlif təqvimlər var. Bəs bunların hansı düzdür?
Hər biri düzdür. Təqvimlərdəki fərqlilik ictihad fərqliliyindən qaynaqlanır. Allah Rəsulu (s.ə.s) hədislərində ümmətin alimlərini ictihad etməyə təşviq etmişdir. İctihad edib düzgün nəticə əldə edənə iki, yanılana da bir savab vardır. Dan yerinin ağarmağa başladığı anı imsakın başlanğıc vaxtı kimi qəbul edənlər təmkin və ehtiyat olaraq sahuru erkən bitirir, digərləri isə rüsxəti əsas götürürlər. Arada təxminən 15-20 dəqiqə fərq olur.
Sübh namazı nə zaman qılınmalıdır?
Sübh namazını imsak vaxtının başlamasından 15-20 dəqiqə sonra qılmaq İslam aləmində adət halına gəlmişdir. Ona görə də imsak vaxtı girən kimi namaz qılınmamalı, 15-20 dəqiqə gözlədikdən sonra qılınmalıdır.
Bəzi insanlar QMİ təqvimini əsas alaraq səhər namazına kimi yeyib içirlər. Bu doğrudurmu?
Hər il olduğu kimi bu il də QMİ Ramazan təqvimini yayınladı. ( http://www.meneviyyat.az/ramazan-teqvimi/ ) Həmin təqvimə nəzər saldıqda görürük ki, təqvimin altına xüsusi qeyd düşülmüşdür. Qeyddə bildirilir ki, “obaşdanlığın ən son həddi səhər namazından 20 dəqiqə əvvəldir.” Buna əsasən sübh namazının vaxtından ən gec 20 dəqiqə öncə yemək və içməyi dayandırmaq lazımdır. Çünki həmin vaxtdan imsak başlamış sayılır.
Nəticə etibarı ilə deyə bilərik ki, Ramazan ayı kimi bərəkətli ayı yersiz münaqişələrlə keçirmək doğru deyil. 18 saat kimi uzun zaman dilimində onsuz da ac qalan möminlərin, şübhədən əmin olması üçün sahur yeməyini ehtiyata uyğun olaraq QMİ-nin təyin etdiyi vaxtdan bir qədər də erkən bitirməsi daha məqsədəuyğundur. Səhər namazını da imsakdan ən az 20 dəqiqə sonra qılmaq lazımdır. Allah tutuğumuz orucları qəbul etsin!
[1] Bəqərə, 2/187.
[2] Buxari, Savm, 16.
[3] Fətavayi Hindiyyə, I, 51, 194; İbn Abidin, II, 371.
Категория: islam dini | Просмотров: 301 | Добавил: danger | Теги: ramazan ayi, oruc tutmaq, imsak etmek, imsak vaxti, imsak nedir, Iftar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz