Mart ayı gəlmişdi, amma qızım hələ də oxumağa başlamamışdı. Ev tapşırıqlarını etməmək üçün min cür bəhanə tapırdı. Əlimdən gəldiyi qədər ona kömək edir, oxumağa həvəsini artırmağa çalışırdım. Ancaq heç bir irəliləmə olmurdu ki olmurdu. Elə bil prinsipə düşüb oxuma-yazma öyrənməməyə and içmişdi. Müəlliməliyin qazandırdığı təcrübəmdən hər tərəfli istifadə etməyə çalışırdım, amma heç birinin faydası olmadığı üçün daha da qorxuya düşürdüm. Qızımdan bir yaş kiçik oğlum və hələ yeddi aylıq olan övladıma ayırdığım vaxtlardan oğurlayıb, qızıma daha çox vaxt ayırırdım, ancaq hər dəfə müəllimi ilə danışdıqdan sonra qanadlarım qırılırdı elə bil. «Bəlkə qızımın beyin inkişafı geri qalır?» kimi düşüncələrə qapılır və bu səbəbdən də yaranan baş ağrılarını sakitləşdirmək üçün hər gün 2-3 ədəd dərman qəbul edirdim. O soyuq mart axşamı sönmək istəyən sobanın yanında qızıma heca-heca oxumaq öyrətməyə çalışarkən, onun bivecliyi olan-qalan səbrimi də tükətdi. Qollarından tutub silkələ
...
Читать дальше »
|
Bir neçə il əvvəl qatarla Nyu-York ştatındakı Salamanka vağzalına gəlmişdim. Oradan başqa bir qatarla uzaq səfərə getməliydim. Platformada çoxlu adam vardı və hamısı tamamilə dolu olan həmin qatara minməyə cəhd edirdilər. Kassadakı gəncdən mənə bir bilet verməsini xahiş etdim, o isə «yoxdur», — deyə cavab verdi. Oradan aralandım və qarşıdan gələn bir yerli məmurdan o qatarda bir bilet əldə etməyimə kömək göstərməsini xahiş etdikdə o, mənim sözümü kəsərək qəzəblə dedi: «Mümkün deyil, hər künc-bucağı doludur, bir də məni narahat etmə». O, arxasını mənə tərəf çevirib çıxıb getdi. Mən özümü elə təhqir olunmuş hesab etdim ki, yol yoldaşıma dedim: «Mənim kim olduğumu bilsəydilər bunlar...». Lakin yoldaşım dərhal sözümü kəsdi: «Cəfəngiyyat danışma, vəziyyətlə barışmahyıq», — dedi, "əgər onlar sənin kim olduğunu bilsəydilər, tamamilə dolu bir qatarda bilet tapmağa sənə necə kömək edərdilər?". Bu çıxılmaz vəziyyətə çarə tapılmadı ki, tapılmadı. Birdən hiss etdim ki, vaqonlardan birinin b
...
Читать дальше »
|
Bir zamanlar dörd oğlu olan müdrik bir qoca var imiş. Oğullarına tez tələsik qərar verməmələrini və tez mühakiməli olmamalarını öyrətmək üçün dərs vermək istəyirmiş. Hər birini növbəylə uzaq bir yerdə olan ağaca qulluq etmələri üçün göndərir. Böyük oğlu Qışda gedir, ikincisi Yazda, üçüncüsü Yayda, sonuncusu Payızda gedir. Sonra bir gün hamısını bir yerə toplayır və nə gördüklərini soruşur: Böyük oğlu ağacın çirkin, yaşlı və qupquru olduğunu söyləyir. İkinci oğlu başqa fikirdəydi: «Xeyr, çiçəkləri vardı və qoxusuyla görünüşüylə o qədər möhtəşəm idi ki, daha əvvəl heç belə bir gözəllik görməmişdim» deyir. Üçüncü oğlu: «Yam yaşıl və çox gözəl idi» deyir. Ən kiçik oğlu, hamısının da haqsız olduğunu və ağacın meyvələrlə dolu, capcanlı olduğunu bildirir. Müdrik ata oğullarına hamısının haqlı olduğunu söyləyir, çünki, hər biri fərqli mövsümlərdə bu ağacı görməyə getmişdilər. Onlara, bir ağacı və ya bir insanı qısa bir müddət və ya bir mövsüm ta
...
Читать дальше »
|
Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala : -Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir. General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur: -Qadınlar həyatda ən çox nə istər? Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır… -Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq nə istədiyini… General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir: -Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər! Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər. İlk gecə General görür ki, o qorxunc cadugər d
...
Читать дальше »
|
Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı! Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda ayılır ki, artıq gecdir, paxıllıq, xəbislik bataqlığında çabalayır, nə qədər qışqırsa da nə səsini eşidən olur, nə köməyinə gələn… Nə deyim, Allah dilimizi qeybətdən, içimizi paxıllıqdan, xəbislikdən qorusun. Amin!
|
Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...
|
Bir gün bir ağ kağız öz-özünə: «Bu günə qədər təmiz oldum və bundan sonra da təmiz olaraq qalacağam. Qaralmaqdan, ya da kirlənməkdənsə, ağ qalmağı üstün tuturam» — dedi. Mürəkkəb kağızın bu sözlərini eşitdi və ürəyində ona güldü. Ancaq kağıza yaxınlaşmağa da cəsarət etmədi. Rəngbərəng qələmlər də kağızın bu sözlərini eşitdilər, ancaq ona yaxınlaşa bilmədilər. Və ağ kağız ömrünün sonuna qədər təmiz qaldı. Həm təmiz, həm də boş...
|
Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı:«Köhnə qəzetiniz var?» — deyə soruşdu. İşim olduğu üçün əvvəlcə «Yox» demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də cırıq ayaqqabı geyinmişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım. Onlar buxarının yanında qarınlarını doyurmağa başladılar, mən isə işimi görmək üçün mətbəxə qayıtdım. Ancaq qonaq otağında səssizlik diqqətimi cəlb etdi. Bir anlıq başımı içəri uzatdım. Balaca qız gözlərini qırpmadan əlindəki fincana baxırdı. Məni görən kimi:«Xanım siz varlısınız?» — deyə soruşdu. Təəccüblə:«Yox,varlı deyiləm», — deyə cavab verdim. Qeyri-ixtiyari gözlərim köhnə ev ayaqqabılarıma sataşdı. Qız əlindəki fincanı ehtiyyatla nəlbəkiyə qoydu və:«Sizin finca
...
Читать дальше »
|
Nyu Yorkda bir bankın qarşısında son model bir «Rolls Roys» dayandı. «Rolls Roys»dan düşən bir adam sürətli addımlarla banka girdi. Adam çox təcili bir iş üçün Avropaya getməli və buna görə də, bir həftəlik beş min dollar kredit almalı idi. Buna görə də, ilk işi bir müştəri təmsilçisinin qarşısında oturmaq oldu. Müştəri təmsilçisi adamın sənədlərini aldı və qısa bir «araşdırma» apardıqdan sonra: -Bütün sənədlərinizi nəzərdən keçirdim. Bu krediti almaq üçün heç bir probleminiz yoxdur, — dedi. Bir qədər susduqdan sonra isə əlavə etdi: -Ancaq bir məsələ var. Bizim bankla əvvəllər heç əməkdaşlıq etməmisiniz. Yəni bir bank kimi sizi rəsmi olaraq tanımırıq. Buna görə də, kredit vermək üçün əvəzində sizdən bir təminat almalıyıq... Adam cibindən «Rolls Roys»unun açarını çıxardı və bankın müştəri təmsilçisinə uzadaraq: — Çox tələsirəm, təyyarəyə çatmalıyam. Qapıdakı «Rolls Roys»umu təminat ala bilərsiniz, — dedi. Kredit əməliyyatları cox sürətlə tamamla
...
Читать дальше »
|
Müharibənin ən qızğın bir vaxtı idi. Yapon general ordusu düşmən ordusundan sayca az olsa da, hücuma keçməyi qərara almışdı. Üstəlik, o bu döyüşdə qalib gələcəyinə də inanırdı. Ancaq nə yazıq ki, əsgərləri hələ də bu qələbəyə şübhə ilə baxırdılar. General isə əsgərlərini bu şübhədən necə xilas edəcəyini düşünürdü. Artıq döyüş meydanına doğru üz tutmuşdular. Bir qədər getdikdən sonra yolda fasilə verdilər. Fasilədən sonra general cibindən metal bir pul çıxardı və əsgərlərinə belə dedi: — İndi mən bu pulu havaya atacağam. Əgər pulun yazı üzü düşsə, deməli qalib gələcəyik, buna görə də, yolumuza davam edəcəyik, yox əgər şəkil üzü düşsə, deməli, məğlub olacağıq, buna görə də, geri qayıdacağıq. Qəbul edirsinizmi?.. Əsgərlər bir ağızdan bu təklifi qəbul etdilər. Bir qədər sonra general pulu havaya atdi və hamı həyəcanla bu «təcrübənin» nəticəsini gözləməyə başladı. Metal pul yerə düşdükdən sonra bir qədər fırlandı və bir qədər fırlandıqdan sonra da dayandı. Yerə pulun yazı üzü
...
Читать дальше »
| |