Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..
Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.
|
Uimbildonun-un ilk əfsanəvi zənci çempionu Artur Aşe ölümcül bir xəstəliyə tutulmuşdu. Bir gün onu sevənlərdən biri soruşdu:
-"ALLAH belə bir xəstəlik üçün niyə məhz sizi seçdi?"
Artur Aşe
Artur Aşe cavab verdi:
-"Bütün dünyada 50 milyon uşaq tennis oynamağı öyrənir. 500 mini peşakar tennisçi olur. 50 mini yarışlarda iştirak edir. 5 mini böyük turnirlərə vəsiqə alır, 50-si Uimbldona qədər gedib çatır, 4-ü yarımfinala, 2-si finala qədər yüksəlir...
Əlimdə çempionluq kubokunu tutanda (yaxşı günümdə) Allahdan “niyə məhz mən?” deyə soruşmadım, bu gün ağrılar içində qıvrıldığım bir vaxtda (pis günümdə) necə soruşa bilərəm?"
|
Bir gün bir müsəlmandan soruşurlar....
- Niyə qadınlar çadrada gəzsinlər.?
Müsəlman cebindən 2 konfet çıxardır... biri kağıza bükülü halda digəri isə kağızsız...
- buyur seç..
- Əlbətdə konfet kağızına bükülü olanı seçirəm...
- O zaman sualınızın cavabını anlamısınız..
|
Professor seminar dərsində tələbənin birinə sual verir:
- Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhal olan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcuddur?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?
Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyu
...
Читать дальше »
|
Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm.
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.
Oğulları:
əsgər hərbi xidmətdə-Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm.
-Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik.
-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm.
-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük olar. Bizim öz həyatımız var, bunun kimi bir şeyin həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə bu yoldaşını unudub evə dönməlisən. O öz başının çarəsinə baxacaq. Oğlu o anda telefonu söndürdü.
Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra, polis şöbəsindən
...
Читать дальше »
|
Deyirlər ki, Harun ər-Rəşidin
Bağdaddakı sarayının
bağçasında rəngbərəng,
növbənöv güllər var imiş.
Dünyanın hər nöqtəsindən
ən gözəl çiçəklərin toxumunu gətirib bu
bağçada əkmişdilər. Amma
çiçəklərdən birini xəlifə
xüsusi sevirdi.
Həmin gül kolu çiçək açanda
qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi
ta solana kimi gözünün
qabağında saxlayır, ətrini
qoxlamaqdan doymurdu.
Bağbana tapşırıq vermişdi ki,
bütün güllər bir yana, bu çiçək kolundan xüsusi
muğayat olsun. Çünki bu gül
kolu ildə bir dəfə, özü də
cəmi bircə çiçək açırdı.
Qoca bağban xəlifənin
tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən-
soyuqdan qoruyur, gecə-
gündüz qulluğunda dururdu.
Amma qorxan gözə çöp
batar, deyiblər. Xəlifənin
sevimli gül kolunun çiçəkləmə vaxtı gəlib-
çatanda bağban sübh tezdən
bağçaya gəldi ki, gülü dərib
Haruna təqdim etsin. Amma
gül koluna yaxınlaşanda
gözlərinə inanmadı. Bağda yuva salmış bir bülbül
çiçəyin ləçəklərini dimdiyi
ilə qoparıb yerə tökürdü.
Bağban qorxu və kədər
içində xəl
...
Читать дальше »
|
Bir gün Elm və Hikmət qütbü Həzrəti-Əli atını minməyə hazırlaşarkən, bir ayağı yerdə, o biri ayağı üzəngidə olduğu halda bir yəhudi riyaziyyatçı ona: «Ey bütün biliklərə sahib olan İmam! Mənə elə bir ədəd de ki, 1-dən 10-a qədər bütün rəqəmlərə bölünsün və qismət qalıqsız olsun». Həzrəti-Əli elm aynası olan parlaq üzünü yəhudi alimə çevirərək «İstədiyin ədədi tapa bilsəm, müsəlman olarsanmı? — Bəli, olaram, ey İmam! Onda həftənin günlərini vur çevrənin tam dərəcəsinə» — o biri ayağına da üzəngiyə keçirib atını mindi. Yəhudi 7-ni 360-a vurub 2520 ədədini aldı, sonra yenə də fikrində 2520:1=2520; 2520:2=1260; 2520:3=840: 2520:4=630; 2520:5=504; 2520:6=420; 2520:7=360; 2520:8=315; 2520:9=280; 2520:10=252 Heyrət və dəhşətlər içində, yəhudi alim infial edərək: «Ey elmi büllurlardan duru İmam! Verdiyin vədə əməl edib, müsəlman oldum! İslamı qəbul edirəm!» Bir müsəlmanın da artdığından xoşbəxtlik duyan Həzrəti-Əli atını çapıb, gözdən itdi.
|
Qadınlar...
Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün mələklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər işləyirsən?"
Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? " O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkət edici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları - diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır..."
Mələk təəcübləndi: - İki əli ilə...axı bu mümkün deyil. Bu standart modeldir. Burada çox iş var, saxla sabah davam edərsən.
" Xeyr - Allah cavab verdi. " İşimin nəticəsinə çox az qalıb və bu mənim ən sevimlıi əməyim olacaq". " O xəstələndiyi zaman özü sağala bilər, hətta sutkada 18 saat işləməsinə baxmayaraq".
Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir..."
" Bəli, o zərifdir, lakin mə
...
Читать дальше »
|
Çox zəngin bir biznesmen dəniz sahilindəyerləşən kiçik birqəsəbədə istirahət edirdi.Bir günsahildə gəzənzaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”
“Bəs qalan vaxt nə iş görürsən?”
“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.”
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm
...
Читать дальше »
|
Mənim adım Bir Manatdır. Məni İsveçrədə hazırlayıb Azərbaycana göndərdilər. Bir gün sonra dövrüyəyə buraxıldım.
Əvvəlcə məni bir neçə qardaşımla bərabər bir bankomata yerləşdirdilər. Bu vaxta qədər mənə insan əli dəyməmişdi, təptəzə idim.
Bir gün bir qoca məni bankomatdan çıxardı. Tək deyildim; mənimlə birgə böyük qardaşlar 20 və 50 manat, yeddi ədəd də həmyaşıdım çıxdı. Qoca bizi cibinə qoydu. Evə çatandan sonra bizi cibindən çıxardı, bir manatlıqların arasından məhz məni seçib nəvəsinə verdi. Nəvəsi məni götürüb sevinə-sevinə dükana qaçdı.Düşünürdüm ki, bu uşaq məni çox sevir.Amma düşüncəm alt-üst oldu. Çünki bu dəcəl məni beş ədəd 20 qəpiklə dəyişdi. Bir neçə dəqiqə sonra satıcı məni qalıq olaraq bir alıcıya qaytardı. Yeni sahibimin cibində xeyli əziyyət çəkdim. Bədənim iki-üç yerdən qatdalanmışdı. Nəhayət, iki barmaq məni bu əzabdan qurtardı. Sahibim məni avtobus sürücüsünə uzatdı. Bu avtobusda axşama kimi səyahət etdim. Bir neçə manatla tanış oldum. Onların arasında məndən daha sa
...
Читать дальше »
| |