Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 7
Гостей: 7
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Июль » 11 » Məşhur danışan fil - Batır
14:10
Məşhur danışan fil - Batır
23 iyul 1969-cu ildə Alma-Ata zooparkında Hindistanın baş naziri Cavaharlal Neru tərəfindən Qazaxıstana hədiyyə edilən yabanı Hind fillərinin ailəsində “Batır” adlı məşhur fil dünyaya gəldi. “Batır” adı rus dilinə tərcümədə "qəhrəman" deməkdir. Daha sonra Batır Karaqandada sirkə gətirildi və burada o qeyri-adi qabiliyyətini göstərərək dünyada məşhurlaşmağa başladı. Heyvanın bənzərsiz qabiliyyəti – onun məhz insan sözlərini deyə bilməsi idi. Batır asanlıqla insan kəlmələri söyləyirdi. Fil zooparkın işçiləri ilə ünsiyyət qururdu, hətta su istəyə bilirdi.

Filin ilk qeyri-adi qabiliyyətini, zooparkın işçiləri gördülər. İlk dəfə fil 1977-ci ilin sonunda, Yeni il bayramı ərəfəsində danışmağa başladı. Bu əsl bir möcüzə idi: yemək və təmizlik zamanı zoopark işçiləri olduqca aydın şəkildə bu kəlmələri eşidirdilər: "Batır su içmək!", "Batır afərin!", "Batır yaxşıdır!" və s.

Ağıllı fil özünü "mədəni" şəkildə təqdim edə bildi: "Mən Batıram!" deyirdi. Bundan əlavə, Batır it səsini, qapı çığıldamasını və digər səsləri də imitasiya etməyi bacarırdı.

Şöhrət nəinki tək Batırı, həmçinin Qazaxıstan zooparkını bürümüşdü. Jurnalistlər və televiziya işçiləri zooparka demək olar ki, hər gün gəlirdilər, amma hər kəs şanslı deyildi - bəzən fil aylarla səssiz qalırdı. Çox heyif filin səs yazısını lentə almaq mümkün olmamışdır.
Sirkin işçilərinin sözlərinə görə, Batır Rus və Qazaxıstan dillərində iyirmi sözdən çox söz söyləyirdi. Bu möhtəşəm fil haqqında yazıb danışırdılar. Batır haqqında məlumat ilk dəfə 1979-cu ildə nəşr olunmuşdur.

1993-cü ildə Batır xəstələnərək öldü. Veterinar həkimlər öz sənədlərində qeydə almışdılar ki, 23 yaşlı fil uroloji xəstəlikdən ölmüşdür.
Zooparka və sirkə nəzarət edənlərin və şahidlərin sözlərinə görə, danışan fenomen fil Batır məhz bu kəlmələri söyləyirdi:

"Batır"
"Su";
"Yaxşı";
"Batır yaxşıdır";
"Oy-oy-oy" (çox yüksək səslə);
"Axmaq" - nadir və ani bir şəkildə deyirdi;
"Pis" – (nadir hallarda)
"Batır pisdi" – (nadir hallarda)
"Get";
Ba-Ba;
"Bəli";
"Ver";
"Ver-ver-ver";
"Bir-iki-üç" (dairəyə fırlanaraq və rəqs edərək)
"Mən"
Həmçinin insan fiti, heyvanların (it, meymun, siçan) səsini çıxara bilirdi.
Категория: Maraqli melumatlar | Просмотров: 168 | Добавил: danger | Теги: filler haqqinda, maraqli, heyvanlar, Zoologiya, Fil, maraqli melumatlar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Июль 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz