Mütəxəssislər noutbukların klaviaturasında olduqca faydalı ola biləcək gizli kombinasiyalardan danışıblar. İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, noutbukların klaviaturasında düymələrin gizli kombinasiyaları mövcuddur ki, bu da işi xeyli asanlaşdırır. Ancaq istifadəçilər onlardan istifadə etməyi dayandırıblar və onları unudublar. Unudulmuş kombinasiyalardan biri “Windows + L”-dir ki, bu da qeydiyyat yazısının funksionallığını artırmağa imkan verir. Hit paradın ikinci sırasını “Shift + Delete” tutur. Bu əmr “Səbət”i keçməklə bütün faylları təmizləyir. Bu əmrdən sonra məlumatları qaytarrmaq olduqca çətindir. Üçüncü yeri “ALT + F6” funksiyası tutur ki, bu da kompüter və ya noutbukda işə salınan bütün əlavələrin işini və fəaliyyətini sürətləndirir. “Shift + Ctrl +N” düymələrinin birləşməsi isə yeni qovluq yaratmağa imkan verir. Siyahını “Windows + M” komandası qapayır ki, bu da bütün açıq olan pəncərələri aşağı salmağa imkan verir.
|