Şirniyyat çox yeyən qadınların üzləri daha tez qocalır. Florensiya Tibb Mərkəzi alimlərinin apardıqları təcrübə zamanı məlum olub ki, tort, pirojnlar, konfet və digər şirniyyat məhsullarının əsasını təşkil edən şəkər göz ətrafındakı qırışların dərinləşməsi prosesini sürətləndirir. Aparılan təcrübələrdə 35 yaşlı 120 qadın iştirak edib. Təcrübədən əvvəl onların üz dərilərinin vəziyyəti öyrənilib. Daha sonra isə qadınların qidalanma reseptləri dəyişdirilərək onların yedikləri şokolad, konfet və digər şirniyyatları sitrus meyvələri və gilə-meyvələrlə əvəzləyiblər. Həmçinin təcrübəyə qatılan qadınlara siqaret və alkoqollu içkiləri tərgitmək də təklif edilib. Yarım ildən sonra qadınların üzləriqndəki qırışların sayı əhəmiyətli dərəcədə azalıb. Hətta zərərli adətlərindən əl çəkə bilməyən qadınların da üz dərilərində yaxşıya doğru dəyişikliklər müşahidə edilib. Təcrübəyə dəvət olunan, lakin qatılmayan 8 faiz qadının üz nahiyələrində isə qırışların sayında artım qeydə alınıb. Təcrübənin müəllif
...
Читать дальше »
Категория:
Qadinlar
|
Просмотров:
243
|
Добавил:
danger
|
Дата:
29.09.2017
|
|
İsveçin Höteborq və Lunda universitetlərinin alimləri təsadüfən ana südündə xərçəng hüceyrələrini öldürə bilən maddə aşkarlayıblar. Laborator testləri göstərib ki, alimlərin Hamlet adı verdikləri bu maddə sağlam hüceyrələri məhv etmədən xərçəngin 40-a yaxın formasını məhv etməyə qadirdir. Xatırladaq ki, bu maddə alimlərin ana südünün antibakterial xüsusiyyətlərini öyrənərkən aşkarlanıb. Xərçəngin bu qəniminin tərkibi isə zülal və yağ turşusundan ibarətdir. Hamletin ilk kliniki sınağı sidik kisəsi xərçəngindən əziyyət çəkən xəstələr üzərində aparılıb. Laborator şəraitdə ana südündən alınan maddəni xəstə zonaya vuran həkimlər müşahidə ediblər ki, hər dəfə maddə vurulduqdan sonra xəstənin sidiyi ilə ölmüş xərçəng hüceyrələri ifraz olunmağa başlayıb. Hazırda alimlər Hamletin dəri xərçəngi, beyin xərçəngi və selikli qişadakı bədxassəli şişlərə necə təsir etməsi üzərində yoxlamalar aparırlar. Tədqiqatçılar ümid edirlər ki, Hamletin əsasında xərçəngə qarşı effektiv bir vasitə ya
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
282
|
Добавил:
danger
|
Дата:
29.09.2017
|
|
Britaniyalı alimlər aşkar ediblər ki, dünyaya uşaq gətirmək qadınların ağlını artırır. Uşağın doğulmasından sonra qadınların beyni sürətlə inkişaf etməyə başlayır. Riçmond universitetinin eksperti Kreq Kinsli bildirib ki, aparılan araşdırmalar nəticəsində uşaq dünyaya gətirən qadınlarda dərslikdəki materialları yadda saxlamaq qabiliyyətinin artması üzə çıxıb. Həmçinin ana olan qadınlarda beyinlərin inkişaf tempi 10 ilə yaxın davam edə bilər. Uşaqların ana südü ilə bəslənməsi və hamiləlik dövründə beyinin müxtəlif hissələrinin hormonlarında genişlənmə baş verir.
|
3000 könüllü kişi və qadın üzərində aparılan tədqiqatlar göstərib ki, budunun diametri 60 sm.-dən çox olan insanlar ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Alimlər müəyyənləşdiriblər ki, arıq insanlarda əzələ kütləsi az olur ki, bu da orqanizmin insulinin səviyyəsinə nəzarəti çətinləşdirir və diabet yaranır. Nəticədə isə müxtəlif ürək xəstəlikləri yaranır. Qeyd edək ki, 3000 nəfərin qatıldığı tədqiqatlar 10 il ərzində davam edib. Həkimlər bu illər ərzində bütün iştirakçıların boyunu, çəkisini, bud və ombalarının diametrini ölçüblər və hesablamalar aparıblar. Nəticədə qərara gəlinib ki, budun diametri ürək xəstəliklərinin indikatoru kimi ən ideal bədən üzvüdür. Tədqiqatların davam etdiyi 10 il ərzində 257 kişi və 155 qadın dünyasını dəyişib, 263 kişi və 140 qadında ürək çatışmazlığı, 103 kişi və 34 qadın isə müxtəlif ürək xəstəlikləri yaranıb. Bu nəticələri tədqiq edən alimlər müəyyən ediblər ki, yuxarıda sadalanan pasientlərin 2/3-nin budunun həcmi 55 sm.-d
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
248
|
Добавил:
danger
|
Дата:
29.09.2017
|
|
Sarımsaq (dişləri) - 400 q Limon (mеyvəsi) - 24 ədəd. Sarımsağı təmizləyirlər, yuyurlar və sürtgəcdən kеçirirlər. 24 limonun şirəsinin sıxırlar və sarımsaqla qarışdırırlar. Şüşə bankada yеrləşdirirlər, ağızını tənziflə bağlayırlar. Ondan gündə 1 dəfə 1 çay qaşığı 1 sətkan qaynar suda qarışdıraraq içrlər. Bu vasitə əhval-ruhiyəni yaxşılaşdırır və iş qabiliyyətini artırır.
|
Xırdalanmış tozağacı yarpaqlarından 2 çay qaşığının üzərinə 1 stəkan qaynar su tökürlər, 30 dəqiqə dəmləyirlər, filtrdən süzürlər və bıçağın ucunda soda əlavə еdirlər. Gündə 3-4 saatdan bir 3-4 dəfə ürək çatışmamazlığı nəticəsində baş vеrən təngənəfəsliyi azaltmaq üçün içirlər.
|
Baş soğan – 1 ədəd, zеytun yağı – 50 q, tеrpеntin – 20 q, mis tozu – 15 q. Bu komponеntlərin hamısını diqqətlə əzərək, qaynatmamaq şərtilə, odda əridirlər. Sınıqların üzərinə çəkirlər.
|
1 xörək qaşığı çiyələk yarpaqlarının üzərinə soyuq qaynanmış su tökərək, 6-8 saat saxladıqdan sonra süzürlər. Aybaşı zamanı güclü qanaxmalara qarşı gündə ½ stəkan bu cövhərdən içirlər. Bu nüsxədən də istifadə еtmək olar: 1 xörək qaşığı çiyilək yarpağının üzərinə 1 st . qaynar su tökürlər və 30 dəqiqə saxladıqdan sonra süzürlər. Gündə 3-4 dəfə 1 xörək qaşığı miqdarında qəbul еdirlər.
|
1 çay qaşığı xırdalanmış andız kökünün üzərinə 1 st . qaynar su tökürlər, 10-15 dəqiqə zəif od üzərində saxladıqdan sonra 4 saat kənara qoyurlar və süzürlər. Gündə 3-4 dəfə ağrılı və vaxtsız aybaşılarda 1 xörək qaşığı qəbul еdirlər.
|
10-12 üyüdülmüş xardal toxumunu (və ya ¼-1/3 çay qaşığını hazır tozunu) su və ya südlə içmək məsləhət görülür. Yavaş-yavaş dozanı artıraraq 20 toxuma vəya tozuqdan ¾ çay qaşığına çatdırırlar.
|
4 çay qaşığı xırdalanmış yеtişməmiş qoz üzərinə 1 stəkan yüngülcə duzlu qaynar su tökürlər, 30 dəqiqə saxlayırlar və süzürlər. Bu dozanı gün ərzində içirlər, gеcə isə duzlu işlətmə dərmanı qəbul еdirlər. Bu, solitеr və yumru qurdları qovmaq üçün bir vasitədir. Böyük baş sarımsağı süddə yumşaq olana qədər bişirirlər. Sonra süzərək soyudurlar. Həlimi ilə xəstəni imalə еdirlər (1/4-1/2). Bütün gеcə imaləni bağırsaqda saxlayırlar.
|
ALBALI. Albalıda qanın laxtalanmasını normallaşdıran maddələr vardır. Bu maddələr qanın laxtalanmasını azaltmaqla infarktın qabağını alır. Albalı iştahı artırır, qanazlığında yeyilməsi məsləhət görülür. Meyvəsi və şirəsi antiseptik xassəyə malikdir. Xalq təbabətində albalı şirəsi astma xəstəliklərində bəlğəmgətirici kimi işlədilir və sinəni yumşaldır. Bunlardan başqa artiritdə, ürəkkeçmədə və əsəb xəstəliklərində məsləhətdir. O, hərarəti aşağı salır, bel ağrılarını sakitləşdirir və cinsi fəaliyyəti gücləndirir. Albalı şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır. Təzə albalıdan hazırlanmış mors qızdırmada (titrəmə - qızdırmada) kömək edir. Bədəndəki boşluqlara su yığılması (xəstəliyi) və sidikdaşı xəstəliklərində sidikqovucu, ishalda isə bərkidici kimi istifadə edilir. Bu məqsədlə meyvələrin saplaqlarından da istifadə edilir. Saplaqlarının həlimi aşağıdakı kimi hazırlanır: iki xörək qaşığı saplaqları bir stəkan suda 20 dəq. qaynadılır. Cavan budaqların
...
Читать дальше »
| |