4 xörək qaşığı kətan toxumunu 1 l suda qazanda 15 dəq.qaynadın. Qapağı bağlayıb,örtlüyə büküb isti saxlayın. 1-2 saat dəmə qoyduqdan sonra dad vermək üçün limon və ya başqa meyvə şirəsi əlavə edin. Gündə 6 dəfə hər 3 saatdan bir yarım stəkan için.İçəndə bir az isidin.
|
Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi,
...
Читать дальше »
|
Arıqlıq köklükdən yaxşıdır. Köklük halında bədən hərəkətdən aciz qalar, damarlar daralar, qan dövranı adi vəziyyətdən çıxar, qəflətən ürəksıxılması, ürəkdöyüntüsü, təngnəfəslik, iflic və s. törədə bilər.
Arıqlamaq üçün pəhriz saxlamaq, yağlı və şirin xörəklərdən çəkinmək, xörəkdə turş, duzlu və kəskin ədviyyələrdən (istiot, zəncəfil, cirə, xardal) istifadə etmək, nisbətən quru çörək, arpa və darı çörəyi yemək, soğan, sarımsaq, vəzəri işlətmək məsləhətdir. Yeməkdə sirkə işlətmək də bu baxımdan faydalıdır. Bu zaman 2.4q sədəfotu toxumunu 16.8q yarpağı və zoğu ilə qatıb, bir neçə gün ac qarına yemək məsləhətdir. Həmçinin tərqovucu vasitələr işlətmək çox müsbət tə”sir göstərir. Arıqlamaq məqsədilə kökəlmənin əksinə olan tədbirlər işlətmək, tez-tez hamamlanmaq, hamamda tərləmək, mə”dən sularında çimmək, çoxlu hərəkət etmək kimi profilaktik tədbirlər görmək məsləhətdir.
Kökəlmənin qarşısını almaq üçün, əsasən yağlı xörəklərdən ət, süd, pendir, kərə yağı, yumurta, düyü və s. kimi qidalardan p
...
Читать дальше »
|
Üzərinə şəkər səpilmiş quşüzümünü səhər-səhər acqarına yedikdə iştaha açılır. Iştaha yaratmaq baxımından istər göy, istərsə də baş sarımsaq yaxşıdır. Qırmızı turp iştahanı açsa da bir qədər ağır həzm olunur, onu təklikdə, yaxud başqa göyərti və tərəvəzlə işlətmək məsləhətdir. Soğan, tərxun, vəzəri, cə”fəri, gərəviz, yerkökü, cuğundur, portağal, naringi, qarpız, ərik, limon, moruq, böyürtkən – hər birisi ayrılıqda iştahanı açandır.
Iştaha üçün xörəkdən qabaq üzüm və ya limon şirəsi işlətmək, çiy və ya suda bişmiş turşməzə alma, turşməzə şahtut yemək lazımdır. Böyürtkən şirəsi şahtutun şirəsini əvəz edə bilir. Yetişmiş şaftalı iştahanı açır, susuzluqu yatırır. Zeytun iştahanı açmaqla yanaşı, mə”dəni təmizləyir və həzmi asanlaşdırır. Küncüd və dənli bitkilər isə iştahanı azaldır.
|
Yaxşı çeynəmədən tez udmaq zəiflik, yorğunluq hallarında daha çox baş verir. Həzm orqanlarının xəstəliyi vaxtında müalicə olunmasa, mə”də xorası və başqa hallar baş verər. Hamünasib xörəklər yemək, yeyən zaman çoxlu soyuq su içmək, qızardılmış yağlı xörəklər: ordək əti, qaz əti, çoxlu ədviyyə) şirniyyat işlətmək də həzmin pozulmasına səbəb olur. Belə olduqda səhərlər 10 gün ərzində bir qədər albalı yemək, günortaya qədər başqa xörək yeməmək məsləhət görülür. Armudu yaxşı çeynəyib yemək həzmin pozulmasına qarşı faydalıdır. Bu baxımdan limon şirəsi də xeyirli hesab edilir. Yumurtanın ağını köpüklənə qədər yaxşıca çalır, tədrıcən 2–3 qaşıq qaynanmış sərin su qatır, sonra isə xoşməzə olmaq üçün bir qədər şəkər və turş limon əlavə edib işlədirlər.
Çox yeməkdən mə”dəsi zəifləyən şəxslər üzüm suyu rejiminə keçməlidir. Əvvəlcə 6 günlük qısa rejimə, sonra isə 3–4 aylıq uzunmüddətli rejimə keçmək olar. Düyü unu, badam, balqabaq tumunun içi, püstə və fındıq içini bir-birinə qarışdıraraq əzir, süd
...
Читать дальше »
|
Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Ağ xaşxaş yağı və bağayarpağı suyu içmək də bu baxımdan faydalıdır. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət tə”sir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur. Kökəlmək üçün şirin və yağlı yeməklər məsləhət görülür. O cümlədən, 30 misqal qabığlı noxudu inək südündə 1 gün isladır, bu müddətdə 3 dəfə südü təzələyir, sonra yeyirlər. 30 misqal yuyulmuş düyünü, həmin miqdarda şəkər, ağ xaşxaş, buğda və qabıqsız arpa, 50 misqal badam ilə qatışdırıb döyür, hər gün ondan 20 misqala qədər işlədirlər.
Arıqlıq fikirdən, qəmdən olarsa həyat tərzini dəyişmək, şənlənmək, xoş ətirlər iyləmək, yumşaq paltar geymək və rahat yataqda məsləhət görülür. Kəskin, turş və acı yeməklərdən pəhriz saxlamaq münasibdir. Arıqlamanın səbəbi mə”də zə
...
Читать дальше »
|
1 çay qaşığı acıyovşan yarpağını 2 stəkan qaynar su ilə dəmləyirlər, 20 dəqiqə saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl ½ stəkan içirlər.
Dazıotunu bərk pörtlədərək, ağızı yaxalamaq üçün istifadə еdirlər. Bеlə rеsеpti də istifadə еtmək olar: 1 xörək qaşığı dazıotu üzərinə ½ litr 4-% spirt tökərək 1 gün saxladıqdan sonra süzürlər, 40 damcı bu mayеni ½ stəkan su ilə qarışdıraraq hər gün ağızı yaxalayırlar
|
1 ç qaşığı xırdalanmış marеna kökünün üzərinə 1 stəkan soyuq su tökürlər, 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda kiçirlər.
|
Dəmrovotu otundan 1 xörək qaşığını 2 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gündə 2 dəfə səhər və axşam yеməyə 15-20 dəqiqə qalmış 1/4-1/2 stəkan içmək lazımdır.
Aprеl-may aylarında cavan gicitkanı üstdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda kəsirlər, 1 litrlik bankaya yığırlar və üzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn cövhəri mеyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə vеrirlər. Bu, qanı allеrgеnlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici bir dərmandır.
Kərəvizin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığını gündə 3 dəfə yеməkdən 30 dəqiqə qabaq allеrgiyaya qarşı içirlər. Bu müalicə həzmi, bronxiti və duzlaşmanı da aradan qaldırır.
|
Qulaq ağrısını sakitləşdirmək üçün narın içərisini çıxarır, oranı gül yağı ilə doldurub isidir və yarımisti halda ondan qulağa damcıladırlar. Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladanda da yaxşı tə”sir alınır.
Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı tə”sir edir.
Ana südü qulaq ağrısının şiddətini azaldır. Badam və ya qoz yağını ilıq halda qulaqa damcılatmaqla bir neçə günlüyə ağrının qabağını almaq olur. Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. Iltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir. Şirin nar dənələrini şərabda qaynadıb, həvəngdəstədə yumşalınca döydükdən sonra qulağa məlhəm şəkildə qoyanda da tə”siri yaxşı olur. Ladanı gül yağında b
...
Читать дальше »
| |