Cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi, qədimdə və orta əsrlərdə təbabət elmini diqqət mərkəzində dayanmışdır. Bu məsələdə əsas yer qadalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mə”nəvi cəhətdən tez düşməsinə səbab olur. Keçmiş təbiblərin fikrincə razyana və rəhvəni çox işlətmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı və püstə cinsi fəaliyyəti gücləndirir. hindqozunun içərisində olan süd kimi maye və yabanı kökdən hazırlanmış mürəbbə ğıcıqlandırıcı xassəyə malikdir. Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı tə”sir göstərir.
Toyuğun içalatı, xaya, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyələr, cinsi fəaliyyətə müsbət tə”sir göstərən təbii vasitələ
...
Читать дальше »
|
Yarpızı qaynadıb suyu ilə yuyunmaq, badımcanı döyüb, az miqdarda acı badam içi ilə qabıb, bənövşə yağı ilə babasilə sürtmək, mərsin yarpağını zeytun zə ya gül yağı ilə babasil üzərinə qoymaq, şam qatranını əridib özü qədər zeytun yağı ilə qatışdıraraq, bir neçə dəfə təpitmə qoymaq babasili təmizləyir və ağrıları sakitləşdirir. Babasili yatıran, ağrılarını sakitləşdirən faydalı vasitələrdən biri də saxsı qabda şam qatranı, qırmızı kükürd, yemişən, kərəviz kökü, üzərik kökü, ilan dərisi, xardal, batbat yandırmaq, bunlar tam yanandan sonra qabın üstündə oturaraq babasili onun tüstüsünə verməkdir.
Pərpərən suyu içmək babasilin qanının kəsilməsinə kömək edir. Böyürtkən yarpağından təpitmə qoymaq qanlı babasil üçün yaxşı tə”sir göstərir. Turunc qabığının yağı və hindqozu yağı da baxımdan yaxşıdır.
Ardınc toxumlarını döyüb əzir və bal ilə qatıb babasil üzərinə çəkirlər. Qırmızı zırnıxı gül yağı ilə sürtmək də olduqca faydalıdır. Rəvənd suyu içmək, yanmış xaşxaşı döyüb bal ilə qataraq babasil
...
Читать дальше »
|
Başağrılarının səbəbləri müxtəlif ola bilər: qan azlığı və ya qan təzyiqi, həzm prosesinin pozulması, əsəbi narahatlıq, soyuqdəymə, yorğunluq və s.
Həzm pozlunluğu nəticəsində törəyən başağrısını aradan qaldirmaq üçün hər şeydən əvvəl asanlıqla həzm olunan qida maddələrindən istifadə etmək, yorğunluqdan olan adi baş ağrıların sakitləşdirmək üçün gəzintiyə çıxmaq və ya hamamlanmaq lazımdir.
Miqren (başın bir hissəsinin ağriması) zamanı adamlar özlərində əzginlik, yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qara ciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidir. Ağrı başlayərkən alma şirəsi içmək, boyun və çiyin nahiyələrini bir qədər masaj etmək, pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq faydalıdır. Ayaqları ilıq suya salmaq da ağrının sakitləşməsinə kömək edir.
Kasnı toxum baş ağrısı üçün xeyirlidir. 25-30q
...
Читать дальше »
|
Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə”sir göstərir.
Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.
Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cüm
...
Читать дальше »
|
Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir.
Bu zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklikotu ilə qatışdırır, üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər. Yaxud bir ovuc kəklikotunu 1L suda qaynadıb süzür, sonra 250q balı da 1L suda qaynadıb onu da süzgəcdən keçirirlər. Daha sonra bu iki məhlulu qatışdırıb, hər gün 4–6 qaşıq xəstəyə verirlər. Başqa bir vasitə kimi qara turpun içini oyub oraya döyülmüş nabat tökür, 1 gündən artıq saxlayır və əmələ gələn qatı şirədən gər dəfə 1 qaşıq içirlər.
Öskürəyə qarşı 30q təzə və ya quru heyva çiçəyini 1L suda dəmləyərək öskürəyə qarşı işlədirlər. Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi sakitləşdirir, təngnəfəslik hallarına qarşı münasib hesab edilir
...
Читать дальше »
|
Müalicə tədbirlərinin siyahısı
Öd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır. Bu zaman innab və qaynanmış arpa suyu yaxşı tə”sir göstərir. Kasnı şirəsi, kahı, cücə və təzə pərpərən işlətmək faydalıdır. Duzlu və yağlı xörəklərdən, yumurta yeməkdən pəhriz saxlamaq lazımdır.
Öd kisəsi xəstəliyi və öd yolunun tutulması zamanı, qida rejiminin pozulması böyük narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək, qüssələnmək, daxili iztirablar, uğursuzluq və ümidsizlikdən doğan ruh düşgünlüyü, qorxu və başqa duyğular da öd kisəsinin funksiyasının pozulmasına öz tə”sirini göstərir.
Xəstəliyin müalicəsi üçün üzüm rejimi saxlamaq, turş üzüm işlətmək lazımdır. Turş üzüm olmasa şirin üzüm şirəsini çəkib, ona bir qədər su qatmaqla şirinliyini azaldıb, istifadə etmək olar. Bir müddət hər gün turş üzüm,
...
Читать дальше »
|
Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bə”zən mə”də, dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mə”də fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı tə”sir göstərir, nəticə e”tibarilə bel ağrısının qarşısını alır.
Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmasına xüsusilə fikir verməlidir. Bel ağrısı olanlar ispanaq yeməlidirlər. Limon şirəsi işlətmək bel ağrısını sakitləşdirir. Bu baxımdan halva da faydalıdır.
Boyun ağrısı zamanı boyunu aşağı, yuxarı, sağ və sol istiqamətlərində masaj etmək məsləhətdir. Ağrını sakitləşdirmək üçün təzə kəklikotu yarpaqlarını xırdalayıb, ağzı örtülü qabda su əlavə etmədən bişirir, sonra onu isti-isti parçaya bükü
...
Читать дальше »
|
* 3-4 diş sarmısağı bir stəkan suda
saxlayın,süzün və imalə edin.
*1stəkan süddə bir necə diş sarmısağı
yumşalana kimi qaynadın.Südü süzün,soyudun
və və imalə edin.Bu üsulu uşağa da etmək
olarş.
| |