Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 6
Гостей: 6
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Май » 05 » Yaraları sağaldan bitki - Kalanxoe
17:16
Yaraları sağaldan bitki - Kalanxoe
Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.

Kalanxoe həmçinin üz dərisinə cavanlaşdırıcı təsir edir, dərini dartır, onu daha elastik və hamar edir. Kalanxoedən quru dəri üçün maska: kalanxoe yarpağı soyulur, xırda doğranılır, zeytun yağı ilə qarışdırılır və təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. Kalanxoedən cavanlaşdırıcı maska: 1 xörək qaşığı kanaxoe şirəsi + 1 çay qaşığı bal + 1 xörək qaşığı üyüdülmüş yulaf yarması + 1 yumurtanın sarısı. Yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Psoriaz, ekzema, müxtəlif dermatitlər zamanı kalanxoe həmçinin çox yaxşı kömək edir. Bitkini bir neçə gün ərzində soyuducuda saxlayın, sonra xırda doğrayıb (yarpağın üzərində olan nazik pərdəni qabaqcadan çıxardın) steril tənzifin üzərinə yerləşdirin və dərinin zədələnmiş hissəsinə qoyun və ya kalanxoe şirəsində steril tənzif isladın və dəriyə qoyun.

Kalanxoe yalnız dəridə olan yaraları deyil, selikli qişalarda olan zədələnmələri də sağaldır. Stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), gingivit (damaqların iltihabı) zamanı kalanxoe şirəsində steril tənzif isladın və iltihablaşmış sahəyə qoyun.

Tonzillit (angina) zamanı su ilə yarıbayarı durulaşdırılmış kalanxoe şirəsi ilə gün ərzində bir neçə dəfə qarqara etmək lazımdır. Bu vasitə boğazda iltihabı azaldır, mikrobları öldürür.

Zökəm zamanı kalanxoe şirəsi burun yollarını təmizləyir, burnu «açır», iltihabı azaldır. Hər burun yoluna gündə bir neçə dəfə 1-2 damcı kalanxoe şirəsini damızdırın.

Həmçinin kalanxoe şirəsi haymorit zamanı da istifadə olunur.

Varikoz xəstəliyi zamanı kalanxoe müalicəvi vasitə kimi istifadə olunur. Bunun üçün kalanxoe yarpaqları xırda doğranılır, 1/2 l-lik bankaya yığılır və yarpaqların üzərinə çıxana kimi araq tökülür. Banka 7 gün ərzində soyuducuda saxlanılır və sonra yaxşı süzülür. Alınmış vasitə hər gün ayaqlara aşağıdan yuxarı doğru çəkilir.

İstənilən bitkilərdən müalicə məqsədi ilə istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Mənbə:www.saglamolun.az
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 198 | Добавил: danger | Теги: bitki, xalq tebabeti, yağ, Kalanxoe, saglamliq, yaniqlar, Yara, zeytun, şəfali bitkilər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz