Müasir insanların bir çoxu stress, sinir gərginliyi və bunların nəticəsi kimi müxtəlif yuxu pozulmalarından əziyyət çəkir.
Bu problemləri həll etmək üçün çox sadə bir vasitə mövcuddur. Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu vasitəni təqdim edir.
Çobanyastığı, mayaotu toxumu, melissa, kəklikotu, pişikotu otlarından götürüb qarışdırın, tənzifdən tikilmiş kiçik bir torbaya yığın, ağzını bağlayın və yastığınızın altına qoyun. Bu otların qoxusu stressi və gərginliyi azaldır, yuxusuzluqdan qurtulmağa kömək edir.
|
Sizə soğan və sarımsaqla inhalyasiya üsulunu təqdim edirik. Bu çox sadə və eyni zamanda effektli vasitədir.
Saglamolun.az bildirir ki, soyuqdəymənin ilk simptomlarında 2-3 diş sarımsağı və 1 baş soğanı çox xırda doğrayın, dərin boşqaba qoyun və 5-10 dəqiqə ərzində bu boşqabın üzərində nəfəs alın. Bunu gündə bir neçə dəfə edin.
Soğan və sarımsaq güclü virus əleyhinə təsirə malikdir və selikli qişalara düşən virusları öldürür.
|
Soyuq fəsillərdə öskürək, bronxit, traxeit, laringit ən yayılmış pozulmalardandır. Bu pozulmaları müalicə etmək ucuz və sınanmış təbii vasitə var.
Bu da sovet dövründən tanınan “gülxətmi siropu” (rus dilində “sirop alteya” və ya el arasında “alteyka”). Saglamolun.az bildirir ki, bu siropu indi də apteklərdə asanlıqla tapmaq olur. Ucuz qiymətə satılan gülxətmi siropu çox yaxşı iltihabəleyhinə təsirə malikdir, bəlğəmi duruldur və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, öskürəyi müalicə edir, boğaz və udlağın iltihablaşmış selikli qişalarını sakitləşdirir, boğazda qaşınma və göynəməni azaldır.
Bu xüsusiyyətlərə görə gülxətmi kökü siropu öskürək, bronxit, göyöskürək, pnevmoniya və həmçinin angina, traxeit və laringit zamanı uğurla istifadə olunur. Sirop həm böyüklər, həm də uşaqlarda istifadə oluna bilər.
Qəbul etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin!
Категория:
Saglamliq
|
Просмотров:
229
|
Добавил:
danger
|
Дата:
04.01.2020
|
|
Sidiklik (lat. vesica urinaria ; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA) , aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ön və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır. Bəzi müəlliflər sidiklikdə sidik kanalı başlayan yerdə boyun - lat. cervix vesicae qeyd edirlər. Sidikliyin hündürlüyü 14 sm və ən böyük köndələn diametri 10,5 sm-ə bərabərdir; tutumu kişilərdə 750 sm³ və qadınlarda 650 sm³, bəzi şəxslərdə bir litrə qədər olur; patoloji hallarda daha artıqdır. Kişilərdə sidiklik armud formasında olur. Qadınlarda
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
224
|
Добавил:
danger
|
Дата:
04.01.2020
|
| |