"Bir günümüzü necə keçiririk" sualına qısa cavab versək: işləyirik, yemək yeyirik, ayaqyoluna gedirik və yatırıq. Təbii ki, sosial media da zamanımızı xərclədiyimiz vacib ünsürlərdən birinə çevrilib. Bütün bunlar gündəlik zəruri ehtiyaclardır.
Bəs gündəlik rituallara həyatımız boyunca nə qədər zaman xərcləyirik?
*Yatmağa cəhd etmək
Mütəxəssislərin hesablamalarına görə, insanlar yuxuya getməyə 7 il sərf edir. Yəni, gecə yatmaq üçün izlədiyimiz film, dinlədiyimiz mahnı, ya da ən köhnə üsul olan "qoyunları saymağımız" həyatımızdan 7 il alır.
Bəzi ekspertlər 20 dəqiqə ərzində yuxuya getmədiyiniz halda həmin yuxunu tərk etməyi təklif edir. Bir stəkan bitki çayı, film və ya həzin musiqi yuxu üçün səbəb ola bilər.
*Parkinq axtarmaq
Günlük işlərimiz arasında stress yaradan səbəblərdən biri də parkinq axtarmaqdır. Xüsusilə, meqapolislərdə avtomobillərin sayı çox olur. Bu da parkinq problemi yaradır. Beləliklə ömrümüzdən 248 gün gedir.
...
Читать дальше »