* Anası, qızı və özü dul olan qadının maşasını və ocaq daşını suya salsan yağış yağar. * Atasına oxşayan qız xoşbəxt olar. * Adamın boğazı göynəyəndə pay yeyərlər. * Ay üçgunluk olanda budaq budanmaz, ağac kəsilməz, toxum səpilməz. * Ayağa süpürgə dəyəndə evə dava düşər. * Ay tutulanda tüfəng atarlar. * Ayı barmaqla göstərməzlər. * Ay çıxanda onu görənin işi uğurlu olar. * Aya qarşı gərnəşənin sağlamlığı olmaz. * Ay işığı düşən qapının üstünə çirkli su atan adamın axırı yaxşı olmaz. * Ayaqının altı qaşınanda səfərə çıxmalı olarsan. * Ayaqqabıların qapıda bir-birindən aralı dayanıbsa, deməli əziz adamlarından ayrı düşərsən. * At təngiyib yol getmirsə, deməli qəzə gözləyir. * Atı satanda yüyən və noxtasını verməzlər. * Axşam ev süpürməzlər ki, evin rusuzu gedər. * Axşam güzgüyə baxmazlar. * Axır çərşənbə günü və yaxud bayram axşamı küsülü olsan, yeddi il barışmazsan. * Adətən, heyva ağacının budaqlarından qırıb uşaqların qoluna bağlayarlar ki, göznəzərdən uzaq olsun. * Axşam yerə isti su atmazlar. * Adətən, çoxdan gözlədiyin adamın tez qayıtması üçün qapı ağzında qayçı və ya bıçaq qoyarlar. * Axır çərşənbə gecəsi pis danışmaq olmaz. Bu gecə adamın hər əməli, davranışı dəyişir. * Ayağının baş barmağı böyük olan adamın bəxti açıq olar.
* Baltanı ağzı yuxarı qoysan yağıs yağar. * Bayquş həyətdə ağaca qonanda ev sahibi pis xəbər eşidər. * Bəy toyunda oynasa ucuzluq olar. * Bir iş dalınca getmək istəyəndə qabağına boş qabla çıxsalar getdiyin yerdən əliboş qayıdarsan. * Birinin başına cındır palaz atıb, üstünə su töksən, yağış yağar. * Birinci gecə qonaq olduğun evdə yatıb yuxuda kimi görsən, qismətin odur. * Biri digərinin ayağını tapdalayanda ayağı tapdalanan da tapdalayanın ayağını tapdalamalıdır, yoxsa əzizi ölər. * Bir qızı özünə bağlamaq istəsən paltarından cırıb bir parçasını qoltuğuna qoy. * Bıçaq yerə düşəndə kişi qonaqı gələr. * Başlar toqquşunda yerə tüpürüb deyərlər: “Başıma keçəl düşməsin” * Başmağı və ayaqqabını üst-üstə qoysan, ya ağzı aşağı çevirilib yatsan zərər çəkərsən. * Bayram günü çal oyna ki, ömrün şadlıqda keçsin. * Bəhər üstə ağac kəsməzlər, ağac yiyəsinə ziyan dəyər. * Bərk külək əsəndə ələk və xəlbirin üstünü basdırırlar. * bətnində uşaq tərpənəndə Aya və güzgüyə baxsan uşaq göyçək olar. * Boğanaq olanda qızlar deyər ki, boğanaq, tozanağını uzaq elə, sənə ərə gedəcəyəm. * Boşqabı bulaşıq qoysan şərə düşərsən. * Başmağı qayırtdırmağa cüt verərlər, tək versən ərin (arvadın) ölər. * Bayram günü təzə paltar geyən xoşbəxt olar. * Bayram axşamı səməni goyub şam yandıranın işi uğurlu olar. * Bayram axşamı yandırılan şamlar ailədəki adamların sayına bərəbər olmalıdır. Hərə özünə bir şam seçir. Hansı şam gec sönsə onun sahibinin ömrü o birilərdən uzun olar. * Bayram axşamı ilk dəfə kim evə gələrsə ondan bir söz soruşurlar, əgər cavabı səni qane edərsə deməli, təzə ilin uğurlu olacaq, əgər qane etməzsə ilin uğursuz olacaq. * Bazar ertəsi ağır gün hesab edilir. * Başqasından soğan aldıqda onu ələ götürməzlər, ətəyə qoyarlar. * Boyunun dalında ət xal olan adam dövlətli olacaq. * Burun qaşınanda xiffət olacaq. * Boşqabı yemək yedikdən sonra təmiz sıyırsan, nişanlın göyçək olar.
* Qabaq dişləri iri olan adam xoşbəxt olar. * Qabağından qara pişik keçşə getdiyin işdən boş qayıdarsan. * Qapını əllə daraqlamazlar, bədbəxtlik olar. * Qapıda ayaqqabıları saysan ailədə ölü düşər. * Qaranquş yuvasını dağıtmazlar. * Qaranquş aşağıdan uçanda yağın yağar. * Qaranquş yuva quran həyətdə həmişə şadlıq olar. * Qarğa çox olanda qış sərt keçər. * Qarğa qarıldayanda bəd xəbər eşidərsən. * Qayçının ağzını açıq qoymazlar, yoxsa düşmənlərinin ağzını açmış olarsan. * Qatıq və çörək deyir: “Məni isti-isti kəsmə” * Qaşları bitişik olan qohumla evlənər. * Qazan dibi qaşıyanın toyunda qar yağar. * Qoz ağacının altında yatmazlar. * Qonşuda dırnaq kəsməzlər. * Qız saçını hörərkən saçının kiçik bir hissəsi hörükdən kənarda qalarsa, deməli evə qonaq gələcək, qıza elçilik ediləcək. * Qızın arxadan yanına vursan, paltarını üç dəfə aşağı dart, yoxsa əri onu istəməz. * Qəbristanlığı əl ilə göstərməzlər. * Qəbri əl ilə göstərəndə şəhadət barmağını dişləyərlər. * Qurban kəsilən gün evdə iş görməzlər. * Qulağın cingildəyəndə, sözünü danışırlar. * Qurbağanı öldürüb arxası üstə çevirsən, leysan yağış yağar. * Dağdağan ağacını kəsmək xeyir verməz. * Qulağı kiçik olan kişinin arvadı gözəl olar. * Qulağı yekə olan adamın baxtı açıq olar. * Qəbristalığa cüt gül apararlar. * Qulaq qaşınanda yağış yağar. * Qolları qucaqlayıb dayanmazlar. * Qapı ağzinda görüşməzlər. * Qoyunu saymaq nəhsdir.
* Dağdağan odunu yandıran xəstələnər. * Dad edənin hayına yetməsən günaha batarsan. * Deyirlər pis yuxunu suya danışarlar. * Deyirlər Novruz axşamı ailənin bir üzvü evdə olmasa o yeddi il bayramı ailəsindən uzaqla keçirər. * Deyirlər təzə gəlinin ayağının düşər-düşməzi olar. * Demək istədiyin sözü səndən qabaq deyən çox yaşar. * Düyünü ayaq altına tökməzlər. * Deyirlər odun üstünə su tökməzlər. Od sönsə, ocaq sönör. * Dırnağı küçəyə atmaq günah hesab edilir.
* Evə yarasa girəndə onu öldürərlər. * Evi biri süpürəndə yarımçıq qalarsa başqası süpürməz, yoxsa birinci süpürməyə başlayanın ömrü yarımçıq qalar. * Evi süpürəndə ayağına süpürgə dəysə, sözün ötməz. * Evdə sınıq qab saxlamazlar. * Eyni vaxtda bir dəsmalın uclarına əlini silənlər çox keçməz ki, dalaşarlar. * Ehsan heyvanının kəllə-paçasını ölü sahibi yeməz. * Evdən başqa yerə gül verməzlər.
* Əri çox istiyən arvadın paltarı tikilən zaman sap tez-tez qırılar. * Əldə qayçı oynadanda dava düşər. * Əli kağıza silməzlər. * Əlindən çörək düşəndə sevinərsən. * Əncir ağacı altında yatmazlar. * Ənciri budamazlar. * Əncir ağacını kəsməzlər. * Əncir ağacının odununu yandıran xeyir tapmaz. * Əyində paltar tikməzlər – şərə düşərsən. * Əynində paltar tikəndə ağzına bir ip götür ki, şərə düşməyəsən. * Əgər qızın ayağının baş barmağı o biri barmaqlarından böyük olsa, deməli ərə gedəndən sonra ərinin hər bir sözünə itaət edəcəkdir. Ikinci barmağı böyük olsa qız ərinin üstündə hökmran olacaq. * Əgər yaxşı yuxu görmüsənsə onu danışmaq olmaz. Çünki danışdıqda yuxu yerinə yetməz. * Əli soyuq olan adamın ürəyi isti olar.
* Zahı arvadın üstünə iynə-sancaq sancarlar ki, bəd ruhlar ona xətər yetirməsin. * Ziyan çəkən qurban deyər. * Ziyana düşən evdən sədəqə çıxararlar. * Zoğal ağacının altında yatmazlar. * Zoğal ağacını kəsməzlər. * Zoğal ağacını yandırmazlar. * Zifaf gecəsi qapını bağlamazlar. * Zifaf gecəsi bəy üstünə həmzəti adam qoymazlar. * Zülfü hörərlər. * Zülfü üzə töküb gəzməzlər.
* İti noxtasıynan verməzlər. * İt ulayanda ona çarıq atarlar. * İt yaylaqda ləhləyəndə dolu düşər. * İt kəlləsi asılmış həyət bədməzərdən qorunar. * İt ulaması xeyir gətirməz. * İki qız dayanıbsa onların arasından keçmə şərə düşərsən. * İstiot dağılanda dava düşər. * İlandan danışılanda ürəyində nə arzu tutsan ona qovuşarsan. * İlğın ağacı ilə kimi vursan xəstələnər. * İlin axır çərşənbəsində tezdən üzünü axar su ilə yuyan gözəlləşər. * İlin axır çərşənbəsində qulaq falına çıxarlar.
* Yaxın adamdan bal alanda əvəzində bir şey verərlər. * Yataqda yuxu danışmazlar, düşər-düşməzi olar. * Yarpız olan həyətdə ilan olmaz. * Yeni doğmuş Aya baxan adam o dəqiqə bir bəzək şeyinə baxarsa, işi uğurlu olar. * Yerə qaşıq düşəndə arvad qonağı gələr. * Yoldan qayıtmazlar. * Yoldan qayıdanda, qayıtdığın yerdə dayan və üç dəfə həmin yerə tüpür. * Yuxuda toy görsən, yas olar. * Yuxuda ayaqqabı görəndə darlığa düşərsən. * Yuxuda balıq gördükdə ələ pul gələr. * Yuxuda ilan görmək yoldur. * Yuxuda qan görəndə qan qoxumların gələr. * Yuxuda qızıl görmək səsdir. * Yuxuda it dostdur. * Yuxuda ət görəndə əzizlərindən bəd xəbər eşidərsən. * Yuxuda süfrə bərəkətdir. * Yuxuda diş çəkdirmək zərər gətirər. * Yuxuda dəniz, su görmək aydınlıqdır. * Yuxuda pul görmək səsdir. * Yuxuda uçanda, ata minəndə deyirlər, murada yetərsən. * Yuxuda üzüm görmək göz yaşıdır. * Yuxuda gülmək, ağlamaq, ağlamaq isə gülməkdir. * Yuxuda gördüyün adamın səni yuxuda görməyini istəyirsənsə balışını çevir. * Yuxuda qorxan adamın başının altına bıçaq və ya qayçı qoyarlar. * Yola gedən adamın dalınca su atıb deyərlər ki, bu su quruyuna kimi qayıt. * Yeni azad olmuş qadının yanına içərisində su olan qabda üç yumurta qoyurlar ki, ona Yəsər toxunmasın. Əgər yumurtalar çartlasa deməli ona nəzər toxunub, əgər çartlamasa nəzər toxunmayıb. * Yaxın adamdan yaylıq alanda əvəzinə başqa şey verərlər. Yaylıq ayrılıqdır. * Yuxuda bir adamı öpmək xəyanət deməkdir.
* Çörək yedikdə yemək süfrəyə tökülərsə, qaynanan deyişgən olacaq. * Kişinin ayaqqabısı qapıda yan üstə dayananda evə qonaq gələr. * Kitabı açıq qoyub yatmazlar, yaddaşsız olarsan. * Körpə qorxmasın deyə başının altına bıçaq qoyular. * Körpə uşağın əlinin üstündə öpməzlər, dayısı kasıb olar. * Köçən gəlinin dalınca daş atarlar ki, yeri möhkəm olsun. * Kürəklərinin arası qızışarsa hardasa əziz adamın dara düşüb, sənin köməyinə ehtiyacı var. * Kürən adamla yoldaşlıq eləmə.
* Gəlin hamilə vaxtı dovşan əti yesə uşağın ağzı mırıq olar. * Gecə dırnaq tutan ömründən kəsir. * Gecə vaxtı ev süpürmək həmin evə kasıblıq, kədər və matəm gətirir. * Gəlin köçmüş qızı görməyə gedəndə adətən ata evində qıza məxsus nə varsa hamısını apararlar. Ancaq ayaqqabından başqa. Əgər aparsalar gəlinin ər evində yeri dar olar. * Gəlinin ayağı altında qab sındıranda ayağı düşərgəli olar. * Gəlin gedən qız əlinə düyü alıb rəfiqələrinin adını çəksə, onların da baxtı açılar. * Gözün səyriyirsə əziz adamın səni arzulayır. * Gözün yol çəkirsə, uzaqdan yaxın adamın gələcək. * Gün tutulanda mis qabları döyəcləyərlər. * Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verərlər ki, ilki oğlan olsun. * Güzgünün sınması nə isə bir bədbəxtlik olacağını göstərir. * Güclü yağış yağanda meşədə çaqqal ulasa demək səhər gün çıxacaq. * Günəş tutulanda tügəng atarlar. * Gündüz güclü istidə tiyuqlar bir yerə toplaşarsa, demək yağış yağacaq. * Güllə ilə ölmüş adamın qəbrindən daş, torpaq götürüb suya salsan yağış yağar. * Gecə ulduzların görünməsi gündüz günəşli hava olacağını göstərir. * Göz dəyməsin deyə evdən üzərlik asarlar. * Göz-nəzər dəyməsin deyə duzu adamın başına üç dəfə fırladıb oda və ya suya atarlar. * Gec danışan uşağa sərçə əti yedirərlər ki, dili tez açılsın.
* Lal axan sudan keçməzlər. * Lala gülməzlər.
* Malı döyməzlər, ailəyə xəta gələr. * Maşanı oynatmazlar, aclıq olar. * Mayanı alan adam özü geri qaytarmalıdır, qaytarmasa deyirlər həmin adamın ruzusu kəsilər. * Meşəyə tək getməzlər. * Meşədən çinar kəsməzlər. * Mescidə ayaqqabı ilə girməzlər. * Mürgüləyəni səsləməzlər. * Müştüyü peşkəş etməzlər. * Müştərəyə yaman deməzlər, qıtlıq olar.
* Nabələd yola getməzlər. * Nanə əkməyin – düşər-düşməzi olar. * Nal kəsəndə saymazlar, bədbəxtlik olar. * Namaz üstündən durmazlar. * Naşı adamla səfərə çıxmazlar. * Nahar üstə danışmazlar. * Nişan üzüyünü özgəyə verməzlər. * Nişan üzüyünü girov qoymazlar. * Nişan gələn gün paltar yumazlar. * Nişan gələn gün oğlan evi xonçalardan birinə qayçı qayar ki, oğlanın ağzı kəsərli olsun. * Nənnini boş tərpətsən, uşaq ölər. * Nişana duz aparmazlar. * Nişanda dava salsan xeyir olmaz. * Nişan taxılanda qızın saçına qayınana sığal çəksə, mehribançılıq olar.
* Ov ətindən qırxlı arvada verməzlər. * Ovcunun içi qaşınanda pul gələr. * Ovun başını kəsməsən də əti hatal olar. * Oğurluq toxum bar verməz. * Oğurluq pulu kəbinli arvada versən, arvad kəbindən düşər. * Oğurluq pulu hamilə qadına versən, doğulan uşaq vələdüzna olar. * Ocaq yananda səslənirsə, demək kimsə sözünü danışır. * Odunu binada saxlamazlar.
* Özgə evin qayçısıyla dırnaq tutma, gözləmədiyin pis hadisə olar. * Ölü qaldırılan yeri tez süpürməzlər ki, təzədən pis hadisə olmasın. * Ölən adam gec can verəndə əlinə torpaq və ya daş qoyarlar. * Ölən adam ağır can verəndə sinəsinə güzgü qoyarlar. * Ölüdən danışılanda asqıran adamın kürəyinə əl vurarlar. * Ölüsü düşən yeddi gün saçını qırxdırmaz. * Ölüsü düşən yeddi gün başını yumaz.
* Payız və yaz yağımı bərəkət gətirər. * Paltarı soyunub tərs qoyanda adamın işi düz gətirər. * Paltarı tərs geyənin işi düz gətirməz. * Paltarı əyindən çıxarandan sonra düymələməzlər. * Papaqları bir yerdə, üst-üstə assan çox evlənərsən. * Pis yuxu görəndə pəncərənin qırağına pul qoyarlar. * Pulu qapı ağzında verməzlər. * Pişiyi öldürən xeyir tapmaz. * Pişik əl-üzünü yalayarsa, qonaq gələcəyinə inanılır. * Payızda yarpaqlar tez tökülsə, deyarlər bu qış sərt keçəcək.
* Rast gəldiyin adamın yanından salamsız keçməzlər. * Sayıqlayan adamı oyatmazlar. * Sağ yanağın və sağ qulağın qızarıbsa demək xeyrinə danışırlar, sol yanağın və sol qulağın qızarıbsa demək qeybətini edirlər. * Saçı kürəyə atmazlar, bəxtin bağlanar. * Saçının tükü yumşaq adamın xasiyyəti də yumşaq olar. * Saçından tel ayrılıb üzünə düşsə qonağın gələr. * Sınıq qabda xörək yeyən şərə düşər. * Stolun üstünü sildiyin silgi yerə düşərsə, qonağın gələr. * Stolun üstünə boş nimçə, stəkan qoymaq yaxşı deyil. * Stolun üstünü kağızla silsən kasıblıq olar. * Stolun üsütünü əl ilə təmizləyənin qayınanası deyingən olar. * Səhər duranda boş qaba baxmaq uğur gətirməz. * Səhər-səhər yuxu danışmazlar, düşər-düsməzi olar. * Səhər sol ayağı üstə duranda işin uğur gətirməz. * Suyun dağılması aydınlıqdır. * Su içən adamı qəfildən vurmazlar. * Süfrə üstə gələni qayınanası çox istər. * Süfrədə qablar sıra ilə düzüləndə qonaq gələr. * Süfrədə çörək ovulsa, qonaq gələr. * Süfrəyə duz dağılanda evə dava düşür. * Süpürgə yandıranda yağış yağar. * Stəkanda çay çöpü dik dayananda qonaq gələr. * Səpinə başlayanda buğda qovurmazlar, qıtlıq olar. * Səpinə başlayanda yarma bişirərlər. * Səhər tezdən qarşına boş vedrə çıxarsa, işin düz gətirməz.
* Taxıl çuvalının üstündə oturmazlar, bərəkətsiz olar. * Təzə doğan qadına üç gün qulaq verərlər, onu tək buraxmazlar. * Təzə paltarın ilkini özgəyə verməzlər. * Təzə evə köçəndə qayqanaq bişirərlər. * Təzə çıxan ayı görən pul kisəsini itər.