Ətirşah çiçəyinin yağı cavanlaşdırıcı, ağardıcı və tonuslaşdırıcı təsirə malikdir. Ətirşah yağı hər bir dəri növünə çox gözəl təsir göstərir,üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Dərinin hamar, elastik və cavan edir. Ətirşah çiçəyinin qadınsayağı, yumşaq ətri sinir sistemi hüceyrələrini möhkəmləndirir. Orqanizmə tonuslaşdırıcı təsir göstərir, bədəndən şlakları təmizləyir, limfa sistemini stimullaşdırır və antisellülit təsirə malikdir. Latın dilində adı: Pelargonium Graveolens-dir. Ətri: İsti, yağlı, acı-çiçəkli, qalıcı qətran tonlu, limon, nanə və qızılgül qoxularının qarışığını xatırladan təzə ətir. Təbii yayılma əraziləri: İsti subtropik və tropik, mülayim iqlimdən soyuq — kontinental iqlimə kimi hər cür hava şəraitində becərilə bilən bir bitkidir. İtaliya, Mərakeş, Fransa, İspaniya, Yunanıstan, Şərqi və Cənubi Afrika, Rusiya. Efir yağı bitkinin çiçək və yaşıl hissələrinin buxarla distilləsi yolu ilə əldə olunur. Müalicə
...
Читать дальше »
|
Hər birimiz şaftalını yeyib dənəsini tullayırıq. Lakin heç bilmirik ki, tulladığımız dənənin bizə nə qədər xeyri var. Təcrübələrə əsasən müəyyən olunub ki, lazımsız hesab etdiyimiz şaftalı dənəsi xərçəng xəstəliyinə qarşı güclü təsirə malik olanlateril maddəsindən ibarətdir. Şaftalı, gavalı, ərik, badam — bütün bunlar dənələrinə görə oxşardılar. Adını sadaladığımız bu meyvələrin dənələrində B17 və kimyəvi konsentrant olan lateril maddəsi var. Bu da onu göstərir ki, yuxarıda adlarını saydığımız meyvələrin dənələrini atmayıb qida kimi qəbul etsək, xərçəng xəstəliyindən qorunmağımızda çox xeyiri ola bilər
|
İspanaq çox yeyilən tərəvəzlər sırasında yer alır. Bəs ispanağın faydaları nələrdir? Dəmir, maqnezium, fosfor, yod mineralları və protein baxımından zəngin olan ispanaq həm də A, C, E və B qrup vitaminlərinə sahibdir. Bədənə qüvvət verir, dözümlülüyü artırır. Qansızlığa faydası var. Şəkər xəstəliyinə yaxşı təsir edir. Boğaz və sinə xəstəliklərinə qarşı faydalıdır. Görmə pozğunluğuna yaxşı təsir edir. Sinir sisteminə faydalı olub sakitləşdirici təsiri vardır. Xolesterolu aşağı salır. Həzmi asanlaşdırır, sidik qovucudur.
|
Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərinə malikdir. Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir. Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkan qabığı da çox faydalıdır. Kinkan immun sistemi möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirinə malikdir. Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir. Kinkan az kalorili meyvədir. Bundan əlavə kinkan orqanizmə artıq kaloriləri «yandırmağa» kömək edir. Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Kinkan depressiyalar, nevr
...
Читать дальше »
|
Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır. O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur.Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir. Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar: - Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir. - Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə ap
...
Читать дальше »
|
Digər tərəvəzlərlə müqayisə etdikdə o qədər istifadə olunmayan bu məhsul, tərkibində olan vitamin və minerallara görə bir çoxlarından daha xeyirli sayılır. Belə ki, qulançar — qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kaliy, kalsiy, dəmir və bir çox digər mineralların, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir. Buna baxmayaraq, qulançar az kalorili məhsul sayılır. Bu tərəvəz — ən azkalorili məhsullardan olaraq, orqanizmi kalorilərlə deyil, mineral maddə və vitaminlərlə təmin edir. Təbii ki, tərkibini xeyirli məhsullarla bol olmasına görə bir çox ölkələrdə o, müalicəvi məhsul sayılır. Qulançarın tərkibində olan maddələr, qanı təmizləyir, ciyərə müsbət təsir göstərir və suyu orqanizmdən çıxartmağa kömək edir( təbii sidikqovucu vasitədir). Müasir xalq təbabəti qulançarın kökünün məhlulunu güclü ürək döyüntüsündə, xroniki ürək-damar çatışmazlığı, sidik sistemi problemləri zamanı intensiv istifadəsini məsl
...
Читать дальше »
|
Tam bir protein qaynağı olan lobyanın tərkibində A, B6, C vitamini, dəmir və maqnezium mineralları var. Bununla yanaşı B5 vitamini və kalsium tərkiblidir. Lif baxımından olduqca zəngindir. Tərkibində sink, protein, karbohidrat və E vitamini də var. Payız fəslində sevərək yediyimiz lobya bədənə güc və enerji verərək, fiziki və zehni yorğunluğu yox edir. Dəri ləkələri ilə mübarizə aparıb ləkələrin yaranmasını əngəlləyir. Qüsursuz, parlaq bir dəri üçün lobyadan faydalana bilərsiz. Bağırsaq xərçənginə qarşı qoruyucudur. Qan şəkərini sürətli yüksəltmədiyi üçün şəkər xəstələrində uzun müddət toxluq hissi yaradar. İzoflavonla zəngindir. İzoflavonlar xərçəng yaranmasına səbəb olan hüceyrələrin böyüməsinin qarşısını alır. Sümüklər üçün olduqca faydalıdır. Revmatizm şikayətlərini azaldır. Böyrək qumu və daşlarını tökməyə kömək edir. Sinirləri gücləndirən lobya ürək döyüntüsünü yox edir.
|
Yumşaq, sulu və şirin bir meyvə olan armud sarı və yaşıl rəngdədir. Lifli olduğundan həzmi asan olur. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri olan armud minerallarla olduqca zəngin bir meyvədir. Qanı təmizləyir. Soyuqdəyməyə yaxşı təsir edir. Əsəbləri sakitləşdirir. Yüksək təzyiqi aşağı salır. Böyrək daşları və qumunun tökülməsində faydalıdır. Sinir sistemini gücləndirir. Hamilələrin qusmalarının qarşısını alır. Doyurucu təsiri olduğundan aclıq hissini öldürür. Armud çəyirdəyi aç qarına yeyilərsə, bağırsaq qurdlarını tökər. Armudun tərkibində olan hidroksisinnamik asit, mədə və ağciyər xərçənginin qarşısını almağa kömək edir.
|
Tədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır. Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir. Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün cəmi 30 qram hind qozu yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərir ki, bu yağın tərkibində olan yağlar qara ciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, cinsiyyət funksiyasını yaxşılaşdırır, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.
|
Qreyfurt sağlam bir bəslənmə vərdişi əldə etmək istəyənlər, arıqlamaq istəyənlər üçün əlverişli qidadır. Amma bir xəbərdarlıq əlavə edək. Bəzi dərmanlar xüsusilə statin həbləri qreyfurtla qarşılıqlı təsirə girə bilər. Greyfurtun faydaları: Qreypfrut C vitamini anbarıdır. Yarım qreyfrut 46,86 mq C vitamininə malikdir. Digər bir dəyişlə gündəlik C vitamini ehtiyacımızın təxminən 78 % -ni qarşılayır. Qreyfrut eyni zamanda mükəmməl bir antioksidantdır və ürək sağlamlığımızın qorunmasına kömək edir. Qısacası qreyfrutun faydalarından biri ürək sağlamlığımızadır. Ani ölümlərin riskini azaldır. Qreyfurt içindəki liflər sayəsində damar sərtləşməsinin qarşısını alır. Eyni zamanda nizamlı olaraq qreyfrut yeyilməsi xolesterolu da aşağı salır. Qreyfrut A vitamini qaynağıdır. A vitamini dişləri və sümükləri qoruyur. Mütəxəssislərə görə qreyfrutun tərkibindəki B5 vitamini də bədəndə kalorini və yağı yandırmanı asanlaşdırır. B9 vitamini ilə də çox zəngindir. Bu vitamin beynimizə f
...
Читать дальше »
| |