Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0
Kitabxana
Главная » Şəfalı meyvə və Tərəvəzlər
Tut
Dəmir baxımından çox zəngin, sidik qovucudur, bağırsaq qurdlarını salır. Yalnız tut meyvəsinin deyil, yarpaqlarının da bu xüsusiyyəti var. Yarpaqların bir başqa əhəmiyyətli xüsusiyyəti isə qanamağı dayandırmasıdır.
Ağ tutun faydaları:
Bədənə qüvvət verir, qan artırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
Temperaturu aşağı salar.
Qaraciyəri qüvvətləndirir.
Mədə və bağırsaqların işinə kömək edir.
Xüsusilə yeməklə birlikdə yeyəndə həzmi asanlaşdırır.
Ac qarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır.
Quru tutun faydaları:
Quru tut isə ağız və boğaz iltihablarında möcüzəvi təsir göstərir.
Tut hansı şəkildə yeyilsə də yaxşı qan artırandır.
Kökəldir və iştah açır.
Çiyələk:
Xüsusilə dəri üçün çox faydalı və böyrək iltihabına qarşı çox təsirlidir.
Faydaları:
*Çiyələk bədənə qüvvət verir.
*Xolesterolu salır.
*Eyni zamanda ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 216 | Добавил: danger | Дата: 26.04.2017 | Комментарии (0)

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir.
Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var.
Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.
Qarğıdalı qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir.
Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz.
Qarğıdalı yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə olan mənfi təsirini azaldır. Bu səbəbdən ağır qidalardan sonra bişmiş qarğıdalı yemək yaxşıdır.
Qarğıdalı sıyığı körpələr ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 212 | Добавил: danger | Дата: 26.04.2017 | Комментарии (0)

Sarımsağın ana vətəni Hindistandır.Sarımsağın tərkibində olan yağ (Oleum allicine) 1944-ci ildə J.Cavallito və J.Bailey adlı iki alim tərəfindən kəşf edilmişdir. Bu iki alim əldə etdikləri yağa Allicin adını veriblər. Bu yağ elə bir qiymətli davadır ki, 1 milliqramı 15 OE penslinə bərabərdir. Yaşadığımız mühit, təəssüflər olsun ki, mikroblarla zəngindir, yəni həyatımızın bütün sahələrində mikroblarla üz-üzə gəlirik, amma güclü xəstəliklər və epidemiyalar yaranmır. Bunun səbəbi sarımsaqdır. Sarımsaq bizi təkcə mikrob xəstəliklərindən qorumur, həm də Avropada ölüm səbəbi olaraq birinci və ikinci yerdə olan xərçəng və damar xəstəliklərinə qarşı da qoruyur. Bu gün dünyada ən çox sarımsaq yeyilən ölkələr sırasında Bolqarıstan birinci yerdədir. Bolqarıstanda Xərçəng və damar daralmasından ölənlərin sayı Avropaya nisbətən 6-7 dəfə aşağıdır. Buna səbəb sarımsaqdır. Isveçli uşaqlar məktəbə gedərkən sarımsaq yeyirlər Faydaları: Ölümə səbəb olan damar kirəclənməsinə kömək edir. Yara və çibanları ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 248 | Добавил: danger | Дата: 09.04.2017 | Комментарии (0)

Şaftalı Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi onlara içirdirlər. Bundan başqa, şaftalı yağından ürək dərmanı kimi təcili yardım məqsədilə geniş istifadə olunan “oleum kamforanın” tərkibində istifadə edirlər. Şaftalı meyvəsindən həm təzə, həm də müxtəlif mürəbbə, kompot və şərbət hazırlanır. Şaftalının ürək-damar, böyrək və mədə-bağırsaq xəstəliklərində də çox mühüm müalicəvi əhəmiyyəti var. Əncir soyuqdəymədən xilas edir Bağbanların, alimlərin və botaniklərin fikrincə, ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 293 | Добавил: danger | Дата: 07.04.2017 | Комментарии (0)

Kivi meyvəsi vitamin, flavonoit və minerallar baxımından olduqca zəngindir. Xüsusilə, ehtiva etdiyi C vitamini, kalium və beta-karoten kivini möcüzə bir meyvə etməkdədir. İtaliyadakı araşdırmalar kivinin xüsusilə 6-7 yaşında uşaqlarda tənəffüs yolları üzərində möcüzə kimi təsirlər yaratdığını göstərir. Müəyyən bir müddət kivi istehlakının ardından uşaqlarda nəfəs darlığı 32%, gecə öskürəyi 27%, asqırma 41%, burun axıntısı 28% və xroniki öskürək 25% nisbətində azaldı. Antioksidan xüsusiyyətləri də var! Kivi meyvəsi içərisində bol miqdarda C, E, və A vitamini saxlayar. C vitamini suda həll olan antioksidan bir maddədir və bədənimizi qoruduğu sübut edilmişdir. Nizamlı olaraq istehlak edildiyində xərçəngə və köklüyə qarşı bir çox problemdə təsirli olduğu görülmüşdür Digər faydaları • Astmanın qarşısını alar • Xüsusilə uşaqlarda asqırma və öskürməni azaldar. • DNT mutasiyalarına mane olar. • Bol miqdarda antioksidan və vitamin saxlayar. • Yüksək lif xüsusiyyəti sayəsində ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 303 | Добавил: danger | Дата: 07.04.2017 | Комментарии (0)


 

Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Dadlı və ətirli alma şirəsi həmçinin çox faydalı, müalicəvi məhsuldur. Alma şirəsinin faydalı xüsusiyyətləri arasında: — orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir — orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir — qanda «pis» xolesterinin səviyyəsini aşağı salır — damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir — ürəyi möhkəmləndirir — həzm prosesləri yaxşılaşdırır və sürətləndirir — arıqlamağa kömək edir — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir — qanazlığı zamanı faydalıdır — sidik və ödqovucu təsirə malikdir — sinir sisteminə müsbət təsir edir, stressi azaldır — soyuqdəymənin profilaktik vasitəsidir. Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır. Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 267 | Добавил: danger | Дата: 30.03.2017 | Комментарии (0)


 

Qidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər xəstəliklərinin riskini azaldır. İngiltərə alimləri tərəfindən keçirilən yeni araşdırmalar sübut edib ki, yeniyetmə və cavan yaşlarında çoxlu miqdarda qidalı liflərlə zəngin olan məhsulların qəbulu böyük yaşlarda süd vəzi xərçənginin riskini xeyli azaldır. Medical Daily xəbər verir ki, alimlər 90 min qadın haqqında olan məlumatları (həyat tərzi, qidalanma, sağlamlıq və s.) analiz ediblər. Nəticədə məlum olub ki, yeniyetmə dövründə tez-tez meyvə-tərəvəz və digər qidalı liflərlə zəngin olan məhsulları qəbul edən qadınlarda süd vəzi xərçənginin riski bu qidaları az miqdarda qəbul edən qadınlarla müqayisədə 12-19% daha azdır. Alimlər bunun səbəbini hələ ki bilmir. Lakin onların fikirinə görə, qidalı liflərin çoxlu miqdarda qəbulu qanda estrogen hormonlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da xərçəngin ehtimalını azaldır. Qidalı liflər ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 302 | Добавил: danger | Дата: 30.03.2017 | Комментарии (0)

Müxtəlif yarmalardan hazırlanmış sıyıqlar çox faydalı qida növüdür. Alimlər yarmaları müalicəvi məhsul hesab edir. Araşdırmalar göstərir ki, yarmalar ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, xərçəngin riskini azaldır. Təəssüf ki, müasir insanların qidalanmasında sıyıqlar demək olar yox səviyyəsindədir. Sizə ən faydalı sıyıqlardan biri olan düyü sıyığının faydalarını təqdim edirik: 1.Düyü sıyığı azkalorili məhsuldur. Bu səbəbdən bədən çəkisinə nəzarət edən insanlar bu sıyığı öz qidalanmasına rahatlıqla daxil edə bilər. Lakin burada nəzərə almaq lazımdır ki, sıyığa əlavə olunmuş yağ və şəkər tozu onun kalorililiyini xeyli artırır. 2.Düyü sıyığı mürəkkəb karbohidratlarla zəngindir. Bu karbohidratlar orqanizm tərəfindən gec mənimsənilir və bu səbəbdən insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə arıqlamağa kömək edir. 3.Düyü çox yaxşı absorbentdir. Bu o deməkdir ki, düyü bağırsaqlarda olan toksinləri, şlakları və s. ziyanlı maddələri özünə hopdurur və orqanizmdən ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 271 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Cavab: Keyfiyyətli bal seçmək üçün bir neçə sadə qaydaları bilmək lazımdır. İlk növbədə balın rənginə fikir verin, rəng müxtəlif ola bilər, ağ rəngdən başlayaraq tünd qəhvəyi rəngə qədər (rənglər ondan asılıdır ki, hansı bitkidən tozcuq yığılıb). Lakin rəngin rəngliliyi və konsistensiyası eyni olmalıdır. Bal qatı olmalıdır və qaşıqdan damcı-damcı axmamalıdır. Balı qızdırın, keyfiyyətli bal qatılığını itirməməlidir, əks halda balın tərkibində qatışıq (əksər hallarda şəkər) var. Həmçinin keyfiyyəti yoxlamaq üçün balın bir qisimini isti süddə əridin, süd çürüsə, deməli bala şəkər şirəsi qatılıb. Digər üsul - çiy yumurtanı bal olan qaba yerləşdirin, yumurta balda batmırsa, deməli bal keyfiyyətlidir.
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 371 | Добавил: danger | Дата: 21.05.2015 | Комментарии (0)

Qutab – Azərbaycan milli xörəyidir, əsasən Şirvan zonasında geniş yayılıb. Şirvan zonasına Baki, Şamaxı və Azərbaycanın başqa Aran torpaqları daxildir. Şirvan mətbəxinin xüsusiyyəti - əsasən undan hazırlanmış xörəklərdir. Ən geniş yayılmış isə - qutab və düşbərədir. Resept: *.Buğda unu *.Su *.Çəkilmiş ət (mal əti, olar yarı qoyun, yarı mal əti) *.Baş soğan *.Duz, istiot *.Lavaşana *.Lavaşana olmasa, su ilə qarışdırılmış tomat pastası Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun. Sonra xəmiri hazırlayın – una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 70-100 gramlıg kündələr yoğurun. Kündələri dəsmalın üstünə yığın, üsünü selofanla örtün ki, kündələr qurumasın. 5-10 dəqiqə kündələr beləcə qalır. Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin. Məndə 5 dairə alınır. Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dai ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 353 | Добавил: danger | Дата: 21.05.2015 | Комментарии (0)

« 1 2 3 4 5
Вход на сайт
Поиск
Календарь
«  Июнь 2025  »
Пн Вт Ср Чт Пт Сб Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz