Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2017 » Апрель » 07 » Xroniki yorğunluq
19:49
Xroniki yorğunluq
İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir. Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii ki, bu siyahıya diqqət, daha doğrusu, diqqətsizlik məsələsini də əlavə etmək lazımdır. Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşsızlığa səbəb olmaqla yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yorğunluğun davam etməsinə gətirib çıxarır. Nəticədə, yorğunluq hissi daha da artır. Ancaq yorğunluq təkcə yuxusuzluqdan irəli gəlmir. Buna görə də, yorğunluğun səbəbini axtarıb tapmaq lazımdır. Belə hallarda insan, ilk növbədə, həyat tərzini dəyişməlidir. Digər tərəfdən, bəzi xəstəliklər də özünü yorğunluq hissi ilə büruzə verir. Məsələn, anemiya (bunu başqa cür qan azlığı da adlandırırlar), depressiya, qalxanvari vəzi xəstəlikləri və s. belə xəstəliklərdəndir. Yorğunluğun digər səbəbləri isə aşağıdakılardır: Pəhriz: Orqanizm üçün vacib olan qida maddələrini qəbul etmədikdə insan özünü yorğun hiss edir. Hərəkətsizlik: Hərəkət stresi azaldır, enerjini isə artırır. Hərəkətsizliyi aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri də idmandır. Buna görə də, həftədə ən azı üç dəfə, 20 - 30 dəqiqə idmanla məşğul olmaq məsləhətdir. Qalxanvari vəzilər: Bu vəzilər ağır fəaliyyət göstərdikdə yorğunluq da müşahidə edilir. Dərmanlar: Bəzi dərmanların yorğunluq (həmçinin, halsızlıq) kimi kənar təsirləri də var. İş yeri: Gün ərzində işləmək sizi yormaya bilər, ancaq iş yerinə gəlincə məsələ başqa cürdür. Buna görə də, iş yeri yorucu və ya cansıxıcı olmamalıdır. Su: Gün ərzində itirilən suyun bərpa olunmaması bir çox fiziki problemlərin meydana gəlməsinə səbəb olur ki, bunlardan biri də yorğunluqdur. İstirahət: İstirahət günü hərəkət etmək, gəzmək və dincəlmək sizə həftənin yorğunluğunu çıxarmaq üçün ən yaxşı vasitə ola bilər. Mənbə: Ailəm jurnalı
Категория: Psixologiya | Просмотров: 278 | Добавил: danger | Теги: Xroniki yorğunluq | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Апрель 2017  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz