1. Sevmədiyin şeyə dözmək.2. Özgüvənini azaldan insanlarla söhbət etmək.3. Başqa insanların nə deyəcəyini düşünmək.4. Hər şeyi nəzarət altında saxlamağa çalışmaq.5. Çayın axarı ilə üzmək və ən az müqavimət olacaq yolu seçmək6. Fikirləri və hissləri içində saxlamaq.7. Risk etməkdən qorxmaq.8. Özünü yox, başqalarını düşünmək.9. Hər kəsə bəyənilməyə çalışmaq.10. Tanışları və ailəni unutmaq.11. Bütün boş vaxtını dörd divar arasındakeçirmək.12. Hər zaman tələsmək.13. Özünü günahlandırmaq.14. Səhvlərdən qorxmaq.15. "Mən bacarmıram” demək.16. Başqaları ilə müqayisə etmək.17. Keçmişdə dayanmaq.18. Təkcə gələcək haqqında düşünmək.19. Yaşamından narazı olmaq.Cəsur ol!20. Kin saxlamaq.21. Lazımsız əşyalar alıb saxlamaq.22. Hər şeyi özbaşına etmək.23. İdeal olmağa çalışmaq.24. Məsuliyyəti başqalarının üzərinə atmaq.25. Əməl edə bilməyəcəyin sözləri vermək.26. Pis şeylər haqqında düşünmək.27. Utanmaq.28. Səhvləri təkrar etmək.29. Paxıllıq etmək.30. Qaşqabaqlı olmaq.
|
Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.
Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır.
Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.
Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.
Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.
Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.
Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsiz
...
Читать дальше »
|
Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə 200 yevro ilə mühüm bir şey almaq mümkün deyil. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan “Statoil” və “Shell” kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli internet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir. Digər avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı 5-7 min yevrodur. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olsa da gəlmələr üçün uyğun deyil.
Butan. Butanda siqaret çəkənlərə qarşı kəskin mübarizə tədbirləri həyata keçirilir. 2004-cü ildən etibarən burada tütün məmulatlarının satışı və onlardan istifadə qadağan olunub. Siqaret çəkmək istəyənlər isə
...
Читать дальше »
|
Şaftalı
Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından
alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi
onlara içirdirlər. Bundan başqa, şaftalı yağından ürək dərmanı kimi təcili yardım məqsədilə geniş istifadə olunan “oleum kamforanın” tərkibində istifadə edirlər.
Şaftalı meyvəsindən həm təzə, həm də müxtəlif mürəbbə, kompot və şərbət hazırlanır. Şaftalının ürək-damar, böyrək və mədə-bağırsaq xəstəliklərində də çox mühüm müalicəvi əhəmiyyəti var.
Əncir soyuqdəymədən xilas edir
Bağbanların, alimlərin və botaniklərin fikrincə,
...
Читать дальше »
|
Qarında ağrı nəyin əlaməti ola bilər?
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil. Ağrı - bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir. Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və "hər şey öz-özünə keçər" deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin! Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir! Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
372
|
Добавил:
danger
|
Дата:
07.04.2017
|
|
Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bəzən mədə, dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mə"də fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı tə"sir göstərir, nəticə etibarilə bel ağrısının qarşısını alır.
Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmasına xüsusilə fikir verməlidir. Bel ağrısı olanlar ispanaq yeməlidirlər. Limon şirəsi işlətmək bel ağrısını sakitləşdirir. Bu baxımdan halva da faydalıdır. Boyun ağrısı zamanı boyunu aşağı, yuxarı, sağ və sol istiqamətlərində masaj etmək məsləhətdir. Ağrını sakitləşdirmək üçün təzə kəklikotu yarpaqlarını xırdalayıb, ağzı örtülü qabda su əlavə etmədən bişirir, sonra onu isti-isti parçaya büküb,
...
Читать дальше »
|
Kivi meyvəsi vitamin, flavonoit və minerallar baxımından olduqca zəngindir. Xüsusilə, ehtiva etdiyi C vitamini, kalium və beta-karoten kivini möcüzə bir meyvə etməkdədir.
İtaliyadakı araşdırmalar kivinin xüsusilə 6-7 yaşında uşaqlarda tənəffüs yolları üzərində möcüzə kimi təsirlər yaratdığını göstərir.
Müəyyən bir müddət kivi istehlakının ardından uşaqlarda nəfəs darlığı 32%, gecə öskürəyi 27%, asqırma 41%, burun axıntısı 28% və xroniki öskürək 25% nisbətində azaldı.
Antioksidan xüsusiyyətləri də var!
Kivi meyvəsi içərisində bol miqdarda C, E, və A vitamini saxlayar. C vitamini suda həll olan antioksidan bir maddədir və bədənimizi qoruduğu sübut edilmişdir.
Nizamlı olaraq istehlak edildiyində xərçəngə və köklüyə qarşı bir çox problemdə təsirli olduğu görülmüşdür
Digər faydaları
• Astmanın qarşısını alar
• Xüsusilə uşaqlarda asqırma və öskürməni azaldar.
• DNT mutasiyalarına mane olar.
• Bol miqdarda antioksidan və vitamin saxlayar.
• Yüksək lif xüsusiyyəti sayəsində
...
Читать дальше »
|
İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.
Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii ki, bu siyahıya diqqət, daha doğrusu, diqqətsizlik məsələsini də əlavə etmək lazımdır.
Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşsızlığa səbəb olmaqla yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yo
...
Читать дальше »
|
Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
Yanma sindromu hansı hallarda baş verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gəl
...
Читать дальше »
| |