Türkiyəli professor Mustafa Tayar qazanların ən az yeyilən qidalar qədər əhəmiyyət daşıdığını söyləyib.
Publika.az xəbər verir ki, mütəxəssis keyfiyyətsiz və gigiyenadan uzaq qazanların ciddi sağlamlıq problemlərinə yol açdığını deyib.
Mustafa Tayar qeyd edib ki, istilik keçiricilik qabiliyyətinin yüksək olması ilə tanınan mis qazan və tavaları istifadə edərkən qalaylanmış və cızılmamış olmasına diqqət göstərmək vacibdir.
“Çünki qalaylanmamış və cızılmış mis qazanlarda qurğuşun və civə kimi zərərli kimyəvi maddələr zəhərlənməyə səbəb ola bilər. Odur ki, mis qazanlardan sadəcə servis edərkən istifadə etmək daha doğru olacaq”.
Mustafa Tayar daha sonra sözlərinə onu da əlavə edib ki, çox yüngül, güclü və çox yönlü olmasından dolayı alminium qazanlardan geniş istifadə olunur. Lakin professor vurğulayıb ki, belə qazanlar sağlamlığımız üçün təhlükəlidir:
“Alüminium yüksək mexaniki davamlılığa malik olan metaldır. Lakin alüminium səviyyələr
...
Читать дальше »