Pul barəsində hansı bürc daha şanslıdır. Bürcünüzə görə pul barəsində nə qədər şanslı olduğunuzu aşağıdakı yazıdan öyrənin. Qoç bürcü – qoçlar öz həyatı üzərində qumar oynamağı sevir. Riskli olmağı sevdiyi üçün pul yatırımı edir. Bu onun ruhi cəhətdən razı olmasına və özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Rəhbər olmaq azadlığını və rahatlığını təmin edir. Pulu yığmaq onlar üçün çox çətin bir işdir. Həmişə yeni fikir və ideyalar axtarışında olması, xərclərinin azalmasına icazə vermir. Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar, özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki problemlər yaşaya bilər. Borc almağı qətiyyən sevmir və borc verməkdən də xoşlanmır. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün müxtəlif yollara əl atır. Buğalar nə qədər varlı olsalar da, bundan göstəriş kimi istifadə etmirlər. Buğa bir i
...
Читать дальше »
|
Küplər vadisi Laosun Xienq Kxuanq əyalətində dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. Annam dağ silsiləsinin ətəyində hündürlüyü 1 m-dən 3,5 m-dək dəyişən, diametrləri 1 m olan yüzlərlə daş küp var. Küp və səhəng daşların ölçüsü və çəkisi tamamilə bir-birindən fərqlidir, bəziləri üç metr diametrə qədər çatır və təxminən 6 ton ağırlığında olur. Bəzi küp daşların yanında yastı disklər var, ehtimal edilir ki, bu yastı disklər məhz qapaq kimi xidmət edib. Küplərin mənşəyi, yəni kim tərəfindən, nə məqsədlə hazırlandığı məlum deyil. Yerli əhali bu küpləri “cadugərin həvəngdəstəsi” adlandırır. 3000 ilə yaxın yaşı olan küplərin hazırlandığı süxur daşları onların yerləşdiyi əraziyə xas deyil. Küplər Vadisi ilə bağlı bir çox əfsanə və nağıl var. Yerli əhali bu torpaqlarda bir neçə yüz il əvvəl nəhənglərin yaşadığına inanır. Bu qeyri-adi daşların da məhz onlara aid olduğunu güman edirlər. Bir başqa əfsanəyə görə, bir zamanlar hökmdar Xung Çınq, düşmənləri üzərind
...
Читать дальше »
|
Kərgədan böcəyi və ya yapon buynuzlu böcəyinə Yaponiyada “kabutomushi” deyilir. “Kabuto” yapon dilində dəbilqə mənasını verir. Onu samuray dəbilqəsinə bənzədirlər. “Mushi” isə böcək deməkdir. Erkəklər 40-80 mm, dişilər isə 40-60 mm uzunluqda olur. Erkəklərin başında olan “Y” hərfinə bənzəyən buynuz, ərazinin qorunmasında istifadə olunur. Həmçinin, onlar digər erkəklə mübarizə zamanı onu buynuzunun üstünə alaraq havaya atır. Bundan əlavə sinə hissəsində də “Y” şəkilli buynuzu var. Gecə canlısı olduğundan gözləri ağ və qırmızı rənglərə uyğunlaşır. Qarnın altı qara, bədəni tünd qəhvəyi, ön ayaqları isə uzundur. Qidası meyvələr, ağac şirəsi və tərkibində şəkər olan hər şeydən ibarətdir. Kərgədan böcəkləri ağırlıqlarının təxminən 30 qatını daşıma xüsusiyyətinə sahib olduqları üçün dünyanın ən güclü böcəyi kimi tanınır. Bu növə Yaponiya, Tayvan, Koreya yarımadası və Şərqi Çində rast gəlinir. Tropik və subtropik dağlıq mühitlərdə geniş yayılıb. Həyatının çoxu
...
Читать дальше »
|
Sən demə, orqanizm özü də özünü xəstəlikdən qoruyur. Keçmiş zamanlarda bir çox xəstəliklər geniş ərazilərdə yayılıb xeyli insanın ölümünə səbəb olurdu. Bir xəstəliyin geniş ərazidə yayılmasına epidemiya deyirlər. Bu epidemiyalar zamanı həkimlər müşahidə edib gördülər ki, xəstələrdən hansısa biri əvvəllər bir xəstəliyə tutulub sağalmışsa, ikinci dəfə həmin xəstəliyə yoluxmur. Məsələn, çiçək xəstəliyinə yoluxan insanlar sonralar bir daha bu xəstəliyə tutulmurlar. Həkimlər bunun sirrini çox araşdırdılar və nəhayət, aşkar etdilər ki, sən demə, canlı orqanizmlərdə kiçik qoruyucu hissəciklər var. Xəstəliktörədicilər orqanizmə düşəndə bu qoruyucu hissəciklər onlarla mübarizəyə başlayırlar. Onların arasında əsl döyüş gedir. Əgər hissəciklər qalib gəlirsə, insan sağalır. Həmin xəstəliyin törədiciləri bir də nə vaxtsa orqanizmə düşüb onu xəstələndirmək istəsələr, bu, baş tutmur. Çünki artıq orada bu «düşmənləri» yaxşı tanıyan «döyüşçülər» var. Xəstəliktörədicilər əl-qol açmağa macal
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
199
|
Добавил:
danger
|
Дата:
13.07.2019
|
|
Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var. Hum - 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI-ci əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur. Hum Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir. Əfsanə görə - Hum nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalmışdı ki, nəhənglər də o daşlara Hum qalasını tikdilər. Şəhər erkən orta əsrlərdə
...
Читать дальше »
|
Yaşayış arealı Cənub-Şərqi Asiya olan Phobaeticus chani - hazırda planetin ən uzun həşəratı hesab olunur. Phobaeticus chani ən uzun həşərat olmasına baxmayaraq, olduqca incə və yüngüldür. Görünüşünə görə ağac budağına bənzəyir. Həşəratın sadəcə gövdəsinin uzunluğu 35.7 sm-dir. Ümumilikdə qolları və ayaqları ilə birlikdə həşəratının uzunluğu 56,7 sm-dir.
Phobaeticus chani adlı bu həşəratın yalnız 3 növü bizə məlumdur. Digər növlərin həyat tərzi heç öyrənilməyib. Bütün növlər Malayziyanın Sabah əyalətinin cəngəlliklərində yaşayır. Ən böyük növü Kalimantan adasının meşələrində 1989 ildə yerli əhali tərəfindən aşkar edilib.
Phobaeticus Chani həşəratı Datuk Çen Çjaulun tərəfindən araşdırılıb və 2008-ci ildə onun şərəfinə Chani olaraq adlandırılıb. Phobaeticus chani bir canlı olaraq ağac budağından heç də seçilmir. Bu özəlliyi onu düşmənlərdən qorunmaqda kömək edir.
| |