Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Июль » 04 » Boyunuzu vizual olaraq uzun göstərən geyimlər
14:22
Boyunuzu vizual olaraq uzun göstərən geyimlər
Zövqlə geyinmək istəyirsinizsə, seçdiyiniz geyimlərin rəng uyğunluğuna, kəsiminə, materialına diqqət etməklə yanaşı, həm də bu geyimlərin çəkinizə, boyunuza görə nə qədər münasib olduğuna da fikir verməlisiniz. Etdiyimiz düzgün geyim seçimləri ilə biz ətrafdakıların görməsini istəmədiyimiz qüsurları çox asanlıqla gizlədə, arzuladığımız kimi ideal vizuallığa sahib ola bilərik. Bəs necə? Sualın cavabı sizə də maraqlıdırsa, məqaləmizi sonadək oxumağınızı tövsiyyə edirik.

İnsanlar, xüsusən də kişilər uzunboylu həmcinslərinə həsəd aparır, boylarının qısa olmasını özlərinə kompleks edirlər. Amma bu səbəbə görə təəssüflənməyə dəyməz. Hər zaman stəkana boş tərəfindən baxmaq düzgün deyil. Boyunuzun qısa olması əslində sizin üçün digərləri ilə müqayisədə daha böyük avantajlar yaradır. Belə ki, əgər bəyəndiyiniz geyim əyninizə böyükdürsə, siz heç düşünmədən onu ala, məhəratli bir dərzinin sayəsində öz ölçünüzə uyğunlaşdıra bilərsiniz. Uzunboylu həmcinslərinizin isə belə bir şansı yoxdur, əgər seçdikləri geyim onların ölçüsünə uyğun deyilsə, qısadırsa, onlar sadəcə olaraq həmin paltara həsədlə baxaraq mağazanı tərk etməyə məcburdurlar.

İndi isə geyim seçərkən diqqət etməli olduğunuz məqamlar barəsində daha ətraflı
Əvvəlcə şalvar seçimindən başlayaq. Geyim seçərkən qısaboyluların diqqət etməli olduğu ən əsas şərtlərdən biri də şalvarın ayaqqabının üzərində yığılıb qalmamasıdır. Bu həm görünüş baxımından səliqəsizlik yaradacaq, həm də boyunuza diqqət çəkəcək. Əgər qıçlarınız bədəninizin üst hissəsi ilə müqayisədə daha qısadırsa, qısa belli şalvalardan uzaq durum. Yox əgər gövdəniz ayaqlarınız ilə müqayisədə daha qısadırsa, yaxşı olar ki, ayaq hissəsi dar şalvarlara üstünlük verəsiniz.

Köynək seçərkən isə diqqəti üzünüzə çəkəcək geyimlərə üstünlük verməyiniz daha məsləhətlidir. Bunun üçün yaxşı olar ki, klassik köynəklərdənsə, futbolkalara üstünlük verəsiniz. Geyim seçimində qısaboylular üçün arzuedilməz digər bir nüans isə köynəyin şalvarın içinə salınmasıdır. Gövdəniz qıçlarınız ilə müqayisədə daha qısadırsa, bu geyim tərzi sizin üçün yolveriləzdir.

Pencək seçimi edərkən isə onun çox uzun olmamasına diqqət yetirin. Pencəyiniz nə qədər uzundursa, ətrafdakıların gözündə boyunuz bir o qədər uzun görünəcək. Buna görə qısa pencəklərə üstünlük verin. Həmçinin boyunuzun uzun görünməsi üçün dərzinizdən pencəyin sinə hissəsindəki cibini yuxarı, aşağı hissədəki ciblərini isə bir az daha aşağıda tikməsini istəyin.

Rəng seçimi

Rəng seçimi edərkən boyunuzdan çox çəkinizə fikir verməlisiniz. Tünd və təkrəngli geyimlər sizi daha arıq göstərəcək. Əgər çəkinizi olduğundan çox göstərmək istəyirsinizsə, yaxşı olar ki, açıq rəngli geyimlərə üstünlük verəsiniz.
O qədər də uzunboylu sayılmayan bəylərin geyim seçərkən diqqət etməli olduğu məqamlardan biri də şalvar və köynək rənglərinin bir-birinə uyğunluğudur. Seçdiyiniz geyimlər ton baxımından bir-birindən nə qədər çox fərqlənərsə, bu boyunuzu bir o qədər qısa göstərəcək.

Görünüşünüzü daha maraqlı etmək istəyirsinzsə, yaxşı olar ki, geyiminizlə uyğunlaşan aksesuarlardan istifadə edəsiniz. Bunun üçün enli qalstuklardansa, nazik qalstuklara və dar kəmərlərə üstünlük verin.
Boyu qısa olan bəylər, uzun saçlı həmcinslərinizi nə qədər yaraşıqlı hesab etsəniz də, unutmayın ki, sizin üçün qısa saçalar daha arzuolunandır. Əks seçim boyunuzu olduğundan da qısa göstərəcək. Və sonuncu məsləhətimiz: doğrudur əksər bəylər üçün bu sirr deyil, amma yenə də xatırlatmaqda fayda var. Ayaqqabı seçimi edərkən dabanı hündür olanlara daha çox üstünlük verin.

Unutmayın ki, qısaboylular içərisində də onlarla, yüzlərlə məşhur sima insan var, amma onların heç biri bunu kompleks etmədən rahatlıqla kameralar qarşısına keçirlər. Çünki geyim seçimlərinə xüsusi diqqətlə yanaşırlar. Siz də yuxarıda sadalananlara əməl edərək asanlıqla arzuladığınız ideal görünüşə sahib ola bilərsiniz.
Категория: Kişilər | Просмотров: 160 | Добавил: danger | Теги: terz, boy, qisa boy kisiler, Stil, geyim, zövq, dəbli kisiler | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Июль 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz