Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var. Publika.az xəbər verir ki, “təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir. Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir. Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə açılıb. Əslində sümük suyu ta qədim zamanlardan mövcud olub. Belə ki, əcdadlarımız ovladıqları heyvanların yeyə bilmədikləri parçalarını israf etməmək üçün qaynadıb suyu içirmişlər. Sümük suyunu heyvanın qığırdaq, sümük, ilik, dəri kimi parçalarını uzun müddət qaynadaraq əldə ediblər. Bu parçaları uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qli
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
273
|
Добавил:
danger
|
Дата:
02.10.2017
|
|
İsveçin Höteborq və Lunda universitetlərinin alimləri təsadüfən ana südündə xərçəng hüceyrələrini öldürə bilən maddə aşkarlayıblar. Laborator testləri göstərib ki, alimlərin Hamlet adı verdikləri bu maddə sağlam hüceyrələri məhv etmədən xərçəngin 40-a yaxın formasını məhv etməyə qadirdir. Xatırladaq ki, bu maddə alimlərin ana südünün antibakterial xüsusiyyətlərini öyrənərkən aşkarlanıb. Xərçəngin bu qəniminin tərkibi isə zülal və yağ turşusundan ibarətdir. Hamletin ilk kliniki sınağı sidik kisəsi xərçəngindən əziyyət çəkən xəstələr üzərində aparılıb. Laborator şəraitdə ana südündən alınan maddəni xəstə zonaya vuran həkimlər müşahidə ediblər ki, hər dəfə maddə vurulduqdan sonra xəstənin sidiyi ilə ölmüş xərçəng hüceyrələri ifraz olunmağa başlayıb. Hazırda alimlər Hamletin dəri xərçəngi, beyin xərçəngi və selikli qişadakı bədxassəli şişlərə necə təsir etməsi üzərində yoxlamalar aparırlar. Tədqiqatçılar ümid edirlər ki, Hamletin əsasında xərçəngə qarşı effektiv bir vasitə ya
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
280
|
Добавил:
danger
|
Дата:
29.09.2017
|
|
3000 könüllü kişi və qadın üzərində aparılan tədqiqatlar göstərib ki, budunun diametri 60 sm.-dən çox olan insanlar ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Alimlər müəyyənləşdiriblər ki, arıq insanlarda əzələ kütləsi az olur ki, bu da orqanizmin insulinin səviyyəsinə nəzarəti çətinləşdirir və diabet yaranır. Nəticədə isə müxtəlif ürək xəstəlikləri yaranır. Qeyd edək ki, 3000 nəfərin qatıldığı tədqiqatlar 10 il ərzində davam edib. Həkimlər bu illər ərzində bütün iştirakçıların boyunu, çəkisini, bud və ombalarının diametrini ölçüblər və hesablamalar aparıblar. Nəticədə qərara gəlinib ki, budun diametri ürək xəstəliklərinin indikatoru kimi ən ideal bədən üzvüdür. Tədqiqatların davam etdiyi 10 il ərzində 257 kişi və 155 qadın dünyasını dəyişib, 263 kişi və 140 qadında ürək çatışmazlığı, 103 kişi və 34 qadın isə müxtəlif ürək xəstəlikləri yaranıb. Bu nəticələri tədqiq edən alimlər müəyyən ediblər ki, yuxarıda sadalanan pasientlərin 2/3-nin budunun həcmi 55 sm.-d
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
247
|
Добавил:
danger
|
Дата:
29.09.2017
|
|
Vitaminlər orqanizmdə mikrodozalarda mövcud olduğuna baxmayaraq orqanizmdə gedən bütün vacib proseslərdə əsas rollardan birini oynayır. Bu səbəbdən bu və ya digər vitaminin çatışmazlığı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. B12 belə vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərə təsir edir. B12 qanyaratma proseslərində əsas rollardan birini oynayır. B12 çatışmazlığı zamanı onurğa beyini hüceyrələrinin bölünmə prosesləri pozulur ki, bu da eritrositlər və digər qan hüceyrələrinin yetişməsini azaldır. Bu səbəbdən B12 vitamininin çatışmazlığı qanazlığına səbəb olur. B12 vitamini ürək-damar sistemimizi qoruyur, infarkt və insultun inkişafının riskini azaldır B12 həmçinin qaraciyərin hüceyrələrini bərpa edir, qaraciyərin piylənməsinin qarşısını alır. B12 vitamini sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - insanın streslərə olan davamlığını artırır, sakitləşdirir, depressiyanın inkişafının qarşısını a
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
262
|
Добавил:
danger
|
Дата:
28.09.2017
|
|
Qarpız alanda bir çoxumuz yaxşı almağına əmin olmaq üçün onu kəsdirir. Lakin həkimlər xəbərdarlıq edir ki, bu qəti şəkildə yolverilməzdir. Araşdırmalar göstərir ki, bazarlarda, supermarketlərdə və s. yerlərdə satılan qarpızların üzərində çoxlu sayda ziyanlı mikroblar olur. Qarpızı kəsdirəndə bu ziyanlı agentlər qarpızın içərisinə düşür və burada sürətlə çoxalmağa başlayır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Qarpızı kəsəndən əvvəl mütləq axar suda yaxşı yumaq lazımdır. Həmçinin mütəxəssislər kəsilmiş qarpızı soyuducuda saxlamağı tövsiyə etmirlər. Bu da zəhərlənmənin riskini artırır. Kiçik qarpızlar alın ki, artıq qalmasın və soyuducuda saxlmağa ehtiyac yaranmasın. Yol kənarlarında satılan qarpızlar da təhlükə mənbəyidir. Onlar avrtomobillərin işlənmiş qazında olan ziyanlı maddələri özünə hopdurur. Belə yerlərdə qarpız, yemiş və digər meyvə və tərəvəzləri almaq düzgün deyil. Saglamolun.Az
Категория:
Saglamliq
|
Просмотров:
270
|
Добавил:
danger
|
Дата:
28.09.2017
|
|
Xirosima Universiteti (Yaponiya) alimləri 13 000 insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə qərara gəliblər ki, gecə yuxudan tez-tez oyanan insanlarda ürəyin işemiya xəstəliyinin təhlükəsi 99% yüksəkdir. Gec yuxuya gedən insanlarda infarktın riski 52%, insultun riski isə 48% daha çoxdur. The Daily Mail xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 6 saatdan az yatanlarda infarkt riski 24% artmış olur. Alimlərin fikrinə görə, yuxu pozulmaları, xüsusilə gecə tez-tez oyanmaq simpatik sinir sistemini aktivləşdirir. Nəticədə qan təzyiqi və nəbz artır ki, bu da öz növbəsində ürəyə düşən gərginliyi xeyli artırır. Saglamolun.Az
Категория:
Saglamliq
|
Просмотров:
269
|
Добавил:
danger
|
Дата:
28.09.2017
|
|
Zehnin qavrama imkanlarını yaxşılaşdıraraq sağlam həyat tərzi yaşaya bilərik.Bəs zehnimizin qavrama imkanlarını necə genişləndirə bilərik. ABŞ alimlərinin tədqiqatlarına görə zehnin idrak imkanlarını genişləndirmək üçün sağlam qidalanmalı,idmanla məşğul olmalı bir sözlə sağlam həyat tərzi yaşamaq lazımdır.İlk öncə bu qaydalara yuxu daxildir. Qidalanma dedikdə vitaminlərlə zəngin olan yemək qruplarında istifadə etmək lazımdır.Bədəni lazım olan mineral və vitaminlərlə təmin etdikdə beynin yaddaş funksiyası daha da güclənir. E və vitamin B12, fol turşusu- bunlar beyin üçün lazımlıdır. Yuxu sağlam bədən, sağlam ruh üçün çox vacibdir.Günə pozitiv başlamaq istəyirsizsə gecədən vaxtında yatın . Düzgün rejimlə özünüzü daha yaxşı hiss edəcəksiz. Normal yuxu saatı 7-8 olmalıdır. Fiziki fəaliyyət zehnin inkişafında böyük rol oynayır.Gün ərzində üç dəfə yarım saat da olsa idmanla məşğul olmalısınız. Xarici dil öyrənmək,məntiqi testlər,məntiqi oyunlar, məntiqi güc
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
267
|
Добавил:
danger
|
Дата:
28.09.2017
|
|
Günün çox hissəsini oturaq tərzdə keçirən insanların qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır. Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.
Категория:
Saglamliq
|
Просмотров:
257
|
Добавил:
danger
|
Дата:
05.09.2017
|
|
Titrəmələr insanın iradəsi xaricində olan incə ritmik hərəkətlərdir ki, bu hərəkətlər ən çox əl və baş bəzən isə ayaq nahiyələrində özünü göstərir. Titrəmələr genetik olur və səbəbi dəqiq bilinmir. Bəzən titrəmələr çox az olduğu üçün normal vəziyyətdə görülməsə də su ilə dolu bir stəkan götürdükdə bu titrəmə açıq hiss olunur. Titrəmələrin ən önəmli səbəbi kimi mərkəzi sinir sisteminə təsir edən xəstəliklər və ya dərmanlar göstərilir. Ən çox rast gəlinən titrəmə xəstəliyi isə əsasən yaşlılarda olan Parkinson xəstəliyidir. Qaraciyər çatışmamazlığı, alkoqolizm və ya civə zəhərlənməsi də titrəmələrə səbəb ola bilər. Gənc yaşlarda titrəmələrə səbəb isə əsasən alkoqolizim, kofein və stress ola bilər.
Категория:
Saglamliq
|
Просмотров:
258
|
Добавил:
danger
|
Дата:
05.09.2017
|
|
İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır. Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir. Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar. Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər. Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə hərarət balansını nizamlayır.
Категория:
Saglamliq
|
Просмотров:
537
|
Добавил:
danger
|
Дата:
05.09.2017
|
| |