Qan dövranının pozulması hallarında 40q yemişanı 1L suda dəmləyərək istifadə edirlər. Zirinc şərbəti qan dövranının pozulması hallarında tənzimləyici vasitə kimi işlədilir. Bunu hazırlamaq üçün, 500q təzə dərilmiş zirinci 2L soyuq suda tökür və 2–3 saat saxlayırlar. Sonra şirəsini sıxıb, ona 600q şəkər qataraq, mülayim od üzərində şəkər həll olana qədər qızdırırlar.
Lakin şirə qaynamalı deyil. Daha sonra onu süzüb, ümumi miqdarı 1 L-ə çatanədək qaynanmış su əlavə edir və şüşə qaba doldurlar. Bu şərbəti ayrıca və yahud bir qədər su əlavə etməklə istifadə olar. Gün ərzində hər dəfə 30–150q miqdarında içmək lazımdır. Qan dövranının pozulması və qan tərkibinin pisləşməsi hallarında acqarına 1 baş sarımsaq işlətmək müsbət tə”sir göstərir. Səhərlər acqarına böyürtkən yemək və ya bir stəkan yerkökü şirəsi içmək yaxşıdır. Bu baxımdan qarpız, innab, kasnı, çiyələk və s.-ni də göstərmək olar. Qan tərkibinin yaxşı olması, qanın özünün saflığı və təmizliyi sağlamlıq üçün çox
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
260
|
Добавил:
danger
|
Дата:
30.03.2017
|
|
Corabın rezinlərinin ayaq biləyinə uzun müddət təzyiq göstərməsi periferik qan dövranının pozulmasına gətirib çıxarır.
Qan dövranının pozulması ayaqda qaralmaya, dərinin qurumasına və uzun dırnaqlarda formanın dəyişməsinə səbəb ola bilər.
Corabla yatmaq ayaqların tərləməsinə və havasız qalmasına yol açacağından göbələk infeksiyalarının çoxalmasına səbəb ola bilər. Həmçinin ekzema kimi dəri xəstəliklərinin yaranmasına təkan verir. Corabda qalan yuyucu vasitə qalıqlarının uzun müddət dəri ilə təması dermatitlərə və ya allergiyaya səbəb olur. Nəticədə ayaqda qaşıntı, qızarma əmələ gəlir. Bu üzdən gecə yatarkən corabların çıxarılması dəri və ayaq sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir.
Gün ərzində də ayağı tərlətməyən pambıq corab geyməli, corablar tez-tez dəyişdirilməli və yuduqdan sonra yaxşı yaxalanmalıdır.
Dırnaqlar düz şəkildə kəsilməli, gigiyenik tələblərə cavab verməyən alətlərlə pedikür edilməməli, ayaqlar yuyulduqdan sonra barmaq araları yaxşıca quru
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
236
|
Добавил:
danger
|
Дата:
30.03.2017
|
|
Əsasən soyuq aylarda özünü biruzə verən qan dövranı problemlərini qulaqardına vurmaq olmaz. Təzyiqin qəfil qalxması, yorğunluq, təngnəfəslik, istənilən havada əl və ayaqların soyuması, qəfiltutmalar, baş ağrıları qan dövranı pozulmasının aşkar əlamətləridir.Qan dövranın zəifləməsi venaların varikoz genişlənməsinə, hipertoniya, kapillyarların görünməsinə, eləcə də, göz ətrafında qara halqaların yaranmasına səbəbolur. Bundan əlavə, zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdən biridir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaqvə ürək fəaliyyətini qaydaya salmaq üçün təbii üsullardan istifadə edin.Daha çox istiotQida rasionuna daha çox istiotəlavə etmək insanın öz sağlamlığına daha ciddi yanaşması deməkdir! Bütün bu aktiv maddələr qan dövranını gücləndirir: qırmızı bibər, qara istiot, ətirli rozmarin, kəklikotu, darçın, sarımsaq. Maddələr mübadiləsini yaxşılaşdırmaq və gəncliyi qorumaq üçün onlar vacibdir.Pilləkəndən istifadə edinBu, varikoza qarşı ən etib
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
265
|
Добавил:
danger
|
Дата:
12.02.2017
|
|
Soyuq havalarda üşüməmək üçün riayət olunmalı ilkin qaydalardan biri nizamlı və düzgün qidalanmaqdır.
Son günlərdə hər kəs gah günəşli, gah da yağışlı payız havası ilə ayaqlaşmağa çalışır. Bədən isə ilıq, iç isidən havaların artıq geridə qaldığını qəbul etmək üçün çabalayır.
Yeni mövsüm dəyişikliklərinə alışa bilməyən bədən qrip başda olmaqla fərqli sağlamlıq problemləri ilə qarşılaşa bilir. Bu xəstəliklərin qarşısını almaq, yaxud yüngül keçirmək üçün daha güclü immunitet sisteminə malik olmaq lazımdır.
Şirniyyatdan uzaq durun
Payız aylarında müşahidə edilən çiskinli, dumanlı, yağışlı havalar bəzi insanlar üçün rəsmən depressiyanın başlanğıcıdır. Bu insanlar çox vaxt daxillərində olan üzüntü ucbatından daha çox şirniyyat yeməyə meylli olurlar. Ancaq unutmaq lazım deyil ki, belə qidalar bədən müqavimətini aşağı salır. Payız depressiyasının qarşısını ala bilmək üçün B vitamini ilə zəngin tam taxıl, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları yeyilməlidir.
Su yaddan çıxma
...
Читать дальше »
Категория:
Saglamliq
|
Просмотров:
267
|
Добавил:
danger
|
Дата:
05.12.2016
|
| |