İnsanların ən çox şikayət etdikləri problemlərdən biri də yorğunluqdur. Yorğunluq tədricən xroniki yorğunluğa səbəb olur. Nəticədə, düşünmə qabiliyyəti azalır, yaddaş qabiliyyəti isə zəifləyir.
Bu gün dünyada iş qabiliyyəti olan əhalinin 30 % - indən çoxu xroniki yorğunluqdan əziyyət çəkir. Tədqiqatlar yorğunluq hissinin əsasən günortadan sonra, təqribən saat 15:00 - dan başlayaraq maksimum səviyyəyə çatdığını göstərir. Digər tərəfdən, statistik məlumatlara görə, dünya miqyasında yorğunluqla əlaqədar ildə 30 milyon iş günü bosa gedir. Mütəxəssislərə görə, gərgin iş tempi, nəqliyyat, səs - küy, stress, həmçinin, rejimsiz qidalanma da yorğunluğa səbəb olur. Yorğun adam yavaş hərəkət edir, tez "təslim olur", asan özündən çıxır və s. Təbii ki, bu siyahıya diqqət, daha doğrusu, diqqətsizlik məsələsini də əlavə etmək lazımdır.
Əgər yorğunluq 6 aydan çox davam edirsə, yaddaşsızlığa səbəb olmaqla yanaşı, yuxusuzluğa da səbəb olur. Orqanizmin kifayət qədər dincəlməməsi isə yo
...
Читать дальше »
|
Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
Yanma sindromu hansı hallarda baş verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gəl
...
Читать дальше »
|
İnsanların hədəflərinə necə çatdıqları ilə heç maraqlanmısız?
Bill Geyts kimi sıfırdan böyük şirkətlər quranları, inadkar idmançıları, unudulmaz kəşflərə imza atan onlarla insan tanıyırıq. Bunu necə edirlər? Onları bizdən ayıran nədir?
Ən yuxarıya doğru irəliləmək və hədəfinizə çatmaq üçün belə bir israra sahib olmaq istəyirsiniz? Bunun üçün güclü bir motivasiyaya ehtiyac var. Bəs bu motivasiya nədir?
Motivasiya ən sadə mənası ilə "bir şeyləri etmə arzusu"dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. Susadığınızda suya uzanmaq, görünmək üçün gözəl paltarlar almaq, məlumat əldə etmək üçün kitab oxumaq motivasiya sayəsində olur. "Motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir. İlk dəfə bu termini A.Şopenqauer öz məqaləsində işlətmişdir.
Motivasiyanın üç əsas hissəsi vardır:
Hərəkətə keçmə (aktivasiya)
Davamlılıq (israr)
Sıxlıq (məşğulluq)
Hərəkətə keçmə (aktivasiya) bir davranışı başlama qərarını bildirir. Məsələn, riyaziyyat fənni ilə mə
...
Читать дальше »
|
QADINLARDA. QISA,BURUQ, SAÇ: Saçları düz olduğu halda buraraq qısa və yumru kəsən insanlar, özlərini çətinliyə salmaq istəməyən olduqlarından əmin ola bilərsiniz. Belə qadınlar canlı və hərəkətlidirlər. Nə gəldi, bəhs etməsini sevirlər. Bu onların ağılsız olduğunu göstərməz. Əksinə, ağıllıdırlar və zərurət etdiyi zaman ağıllarını istifadə etməsini bilərlər. Sadəcə özlərini çətinliyə salmaq istəməzlər. QISA SAÇ: Saçlarını bir kişi kimi qısa kəsərək dümdüz buraxan qadınların təbiətində də bir az kişilik vardır. Belə qadınların paltarlarının da kişi geyiminə bənzədiyini görə bilərik. Daha çox kişilərin gördüyü işlərə bənzər işlər görürlər, kişilərin etdiyi hər işi edə bildiklərini isbat etməyə cəhd edər və dayanmadan "kaş ki kişi olsaydım!" deyirlər. UZUN SAÇ (Düz, buruq) Uzun saç istənilən qıza yaraşır,əsasən gənc qızlar saçlarını uzadırlar, yaşa dolduqca yaşla birlikdə saç da yaşlanır və beləliklə çox az yaşlı qadının saçı uzun qalir. Uzun saç ə
...
Читать дальше »
|
Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər.
Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz.
Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar. Tədqiqat qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq ki, enlisifət kişilər ünsiyyətdə özlərini daha rahat hiss edirlər və hakimlik hissi onları istər-istəməz etik qaydalara az əməl etməyə, yalan və müxtəlif hiylələrə ə
...
Читать дальше »
|
Sən demə insanın adının ilk hərfi onun sevgi həyatından danışırmış.
Bu qənaətə Amerikalı alimlər araşdırmalar nəticəsində gəliblər. Siz də adınızın baş hərfinin sizə sevgi həyatınız barədə nə dediyini bilmək istəyirsinizsə,bu araşdırmanın nəticəsini oxuyun!
A - Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir.
B - Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin.
C - Olduqca sosial bir insansınız. Sevgilinizin hər an yanınızda olmağıni istəyirsiniz. Hər şeydən qabaq özünüzü fikirləşirsiniz. Sizin üçün xasiyyət uyğunluğu çox vacibdir. Sədaqət isə sizin üçün hər şeydən üstündür. Uzun müddət davam edən sevgilərin adamısınız.
D - Siz hər şeyi böyük pro
...
Читать дальше »
|
1. Əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız.
Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar. Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz.
2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.
İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır.
3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.
Bu onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən keçirilir, “süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır.
4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı
...
Читать дальше »
|
Günün çətinliklərini və yaşadığınız bütün problemlərin qarşısında, istər ağıl cəhətdən, istərsə də emosional tarazlığınızı qorumaq üçün, asanlıqla edə biləcəyiniz və yaxud özünüzün belə xəbəri olmadan etdiyiniz psixolojı hiylələrlərin olduğunu bilirdiniz ?1. Güldüyünüz zaman özünüzə ən yaxın bildiyiniz insana baxırıq. Bir qrup insan güldüyü zaman, hər kəs özünə yaxın bildiyi insana baxır.2. Saqqız çeynəməyin gücü.Stressli bir gün keçirəndən sonra, ya saqqız çeynəyirik,yada çoxlu yemək yeyirik. Bunun səbəbi isə, yemək yeyərkən beynimizdə özgüvən yaranmasıdır.3. Özünüzü sakitləşdirin. Bir nəfər sizinlə mübahisə etdikdə, özünüzü sakit aparın və gözləyin. Həmin şəxsin bu vəziyyətinə anlayacaq və özündən utanacaq.4. Emosiyalar reallıqdır. Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, çoxlü gülün. Əvvəlcə bu sizə mənasız gəlsə də, vaxt keçdikdən sonra öz təsirini göstərəcək.5. Bir nəfərlə ilk dəfə söhbət edəcəksinizsə, onunla çoxdan dost olduğunuuzu xəyal edin. Bu zaman özünüzə güvənəcəksiniz v
...
Читать дальше »
|
Köç edən çöl qazlarının havada süzülərkən “V” şəkilli bir forma ilə uçduqlarını görmüsünüz. Çöl qazları niyə “V” şəklində uçar?
Elm adamları qazların niyə bu şəkildə uçduqlarını araşdırmışlar və bu məlumatlara çatmışlar:
1.“V” şəklində uçulduğunda, uçan hər quş, qanad çırpdığında arxasındakı quş üçün, onu qaldıran bir hava axını yaradırmış. Beləcə “V” şəkilli bir formada uçan qaz qrupu, bir-birlərinin qanad çırpışları nəticəsində ortaya çıxan hava axınını istifadə edərək uçuş zamanını 70% nisbətində uzadırmışlar. Yəni, tək başına gedə biləcəkləri maksimum yolu qrup halında iki dəfə artırırmışlar.
Qısa nəticə:Müəyyən bir hədəfi olan və buna çatmaq üçün bir araya gələn insanlar, hədəflərinə daha asan və tez çatarlar.
2. Bir qaz, “V” qrupundan çıxdığı anda uçmaqda çətinlik çəkir. Çünki, digər quşların yaratdığı hava axınının xaricində qalmış olur. Bunun nəticəsində, mütləq şəkildə qrupa geri dönür və yoluna onlarla birgə davam edir.
Qısa nəticə:Əgər başımız bir qaz qədər çalışırsa, biziml
...
Читать дальше »
|
Narsistlər ən sadə dildə desək özlərinə
sevdalı insanlardır. Ətraflarındakı insanlar
duyğu naminə nə varsa əmər və bununla
bəslənirlər. Daim başqalarından tərif, alqış
gözləyir, lakin özləri heç bir şey verməyə
yanaşmazlar.
Bəzi insanlar həqiqətən özlərini o qədər
bəyənirlər ki, aynanın qarşısında uzun
saatlar keçirə bilirlər. Bu uşaqlar üçün
normal bir davranışdır. Uşaqlar özlərini
tanımaq üçün uzun-uzun aynaya baxa
bilərlər.
Yeniyetmələr də yetkinlik başlayan
müddətdə bədənlərindəki dəyişiklikləri
izləmək və ya sivilcələrini kontrol etmək
üçün uzu müddət aynanın qarşısında qala
bilirlər. Amma 30-40 yaşındakı bir adamın
aynanın qarşısında saatlarla vaxt itirməsini
heç birimiz normal qarşılamırıq.
Narsizm sadəcə özunu vurğunluqdan
ibarət şəxsiyyət pozuntusu deyildir.
Narsistlər özünə sevdalı insanlar başqa
insanları istismar etmə mövzusunda da
qabaqcıldırlar. Öz mənfəətləri üçün hərkəsi
çeynəyib keçə bilərlər. Hər şərtlər altında
önəmli olan özləridir. Onların gözündə
digər insanların
...
Читать дальше »
| |